Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:21
Rubrikalar

«Baku Steel Company» işini bərpa edib


Səs: Real audio
Sərnişindaşımada qiymətlərin qaldırılmamasına etiraz edən Bakıda 160 nömrəli marşrutun sürücüləri fevralın 1-də tətilə başlayıblar. Onlar tətili qiymətlər qaldırılanacan davam etdirmək niyyətindədirlər İlin sonuna qədər Azərbaycanla İran sərhədində yeni qaz tənzimləyici yarımstansiya tikilə bilər.



Məlumatı «Azadlıq» radiosuna sənaye və energetika naziri Natiq Əliyev verib. Stansiya İran ərazisindən 55 atmosferlə gələn qazı Azərbaycan ərazisində tənzimləmək üçündür. Azərbaycanın qazötürmə sistemi 18 atmosfer təzyiqinə davamlıdır.



Natiq Əliyev deyib ki, artıq bu məsələ ilə bağlı «Azəriqaz»la danışıqlar aparılıb. Azərbaycan ərazisindən İran qazının Gürcüstana ötürülməsi ilə bağlı uzunmüddətli saziş bağlansa, stansiyanın tikilməsi 3-4 ay ərzində mümkün ola bilər.



Qaztənzimləyici stansiyanın tikilməsi üçün təqribən 250 min dollar vəsait tələb olunur.



Hazırda İran qazını Gürcüstana ötürmək üçün Azərbaycanın əsas texniki problemi belə tənzimləyici stansiyanın olmamasıdır.



- «Baku Steel Company» şirkəti isə artıq fəaliyyətini tənzimləyib. İki həftəyə yaxındır ki, istehsalı dayandıran ölkənin ən böyük armatur şirkəti fevralın 1-də yenidən tam gücüylə işə başlayıb.



Şirkətin mətbuat xidmətinin rəhbəri Namiq Əhmədov «Azadlıq» radiosuna deyib ki, şirkətin fəaliyyətinə ara verməsinə səbəb olan problem – xammalın – metal qırıntılarının çatışmazlığı problemi artıq həll olunub.



Namiq Əhmədov deyir ki, bu işdə hökumət onlara dəstək olub, rəsmilərin müdaxiləsindən sonra dövlət müəssisələri metal qırıntılarını özləri istədiyi kimi yüksək qiymətə yox, əvvəlki qiymətə satırlar. Aradakı fasiləyə baxmayaraq, şirkətin 2200 nəfər işçisi yanvar ayının maaşını fevralın 5-də bütöv alacaqlar.



"Baku Steel Company» ilə dövlət müəssisələri metal qırıntılarının qiymətində razılaşa bilmirdilər. Bunu səbəb gətirən şirkət yanvarın 17-dən fəaliyyətini dayandırmışdı.



Şirkət ildə 350 min ton armatur istehsal edir.



- Bu günlərdə prezident İlham Əliyevin ölkənin cənub bölgəsinə səfəri nəzərdə tutulur. Dövlət başçısının yeni açılmış müəssisələrə baş çəkəcəyi, bölgə əhalisi ilə görüşəcəyi gözlənilir.
XS
SM
MD
LG