Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 06:12

Gəncədə qarğalar kütləvi şəkildə qırılır


Səs: Real audio
Şəhər Baytarlıq İdarəsinin həkimi İmamverdi Bayramov quşların mədə-bağırsaq xəstəliyindən tələf olduğunu deyir Gəncədə qarğalar kütləvi şəkildə qırılır. Hadisənin şahidləri şəhərin mərkəzində qarğaların ağacların başından, hətta göydə uçduğu vaxt qəfildən daş kimi yerə düşdüyünü deyirlər.



Gəncə Baytarlıq İdarəsinin həkimi İmamverdi Bayramovun sözlərinə görə, şəhərin müxətəlif yerlərində tapılan qarğa cəsədlərini analiz ediblər. Yalnız quşlardan birinin soyuqdan öldüyü məlum olub, digər qarğaların məhvinə səbəb isə, mədə-bağırsaq xəstəliyidi.



Cənab Bayramov deyir ki, iki il qabaq da qarğalarda mədə-bağırsaq xəstəlyindən kütləvi məhv olma müşahidə edilmişdi. Ötən ilin dekabr ayında isə, bu diaqnoz Gəncənin Sevinc qəsəbəsində tələf olan ev quşlarına da qoyulmuşdu.
XS
SM
MD
LG