Səs: Real audio
Dövlət başçısı İlham Əliyevin sədrliyi ilə Prezident Sarayında 2005-ci ilin sosial-iqtisadi nəticələrinə dair müşavirə keçirilib «Bakı-Xəbər» qəzetindəki «Seçki komissiyaları nəhayət ki, paritet əsasda formalaşdırıla bilər» başlıqlı məqalədə bildirilir ki, Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında yaşananlar hakimiyyətin Mərkəzi Seçki Komissiyası (MSK) və digər seçki komissiyalarının formalaşdırılması ilə bağlı mövqeyini yumşaldıb. Artıq iqtidar nümayəndələri tərəfindən MSK və digər seçki komissiyalarının tərkibinin paritet əsasda formalaşmasının mümkünlüyünə dair açıqlamalar verilir. Bu isə, müəllifə görə, komissiyaların tərkibinin məhz paritet əsasda formalaşmasına tezliklə razılıq veriləcəyinin ilkin göstəricisi sayıla bilər.
«Üç nöqtə» qəzetindəki «Quş əti ucuzlaşmaq əvəzinə daha da bahalaşıb» sərlövhəli məqalədə bildirilir ki, ekspertlərin «quş qripi»lə bağlı ehtiyatlı olmağa dair çağırışları son nəticədə quş məhsulları bazarında ciddi böhrana yol açıb. «Mərdəkan Broyler»in satış üzrə meneceri Aydın Vəliyev qəzetə bildirib ki, bütün bunlardan sonra müəssisənin satış həcmi 90%-dən də çox aşağı düşüb. Onun sözlərinə görə, son günlər satışa çıxarılan məhsulların qiymətində heç bir dəyişiklik edilməyib. Ayrı-ayrı firmaların qiyməti artırmasına gəlincə, cənab Vəliyev bunu havaların şaxtalı keçməsi, ətin qiymətinin artması və son günlər «quş qripi»nin olmaması haqqında xəbərlərin yayılması ilə əlaqələndirir.
«Yeni Azərbaycan» qəzetindəki «YeS» bloku nüfuzdan düşüb» başlıqlı məqalədə bildirilir ki, sonuncu parlament seçkisi ərəfəsində yaranan blokda son zamanlar parçalanma meyilləri müşahidə olunur. Müəllifə görə, blokun parçalanmasını labüd edən faktorlardan biri bu birliyin idarə edilməsinin kollegial prinsiplərə əsaslanmasıdır. Digər tərəfdən, «YeS» daxilində təkcə siyasi partiyalar deyil, müxtəlif QHT-lər və ayrı-ayrı ictimai xalimlər də təmsil olunur. Məqalədə deyilir ki, «YeS»in Koordinasiya Şurasına daxil olan ayrı-ayrı şəxslər blokun öz nüfuzunu itirməsinin səbəbini daha çox Eldar Namazovun qeyri-qənaətbəxş siyasətində görürlər. Onların fikrincə, cənab Namazov blokun siyasi fəaliyyətini davam etdirməkdə maraqlı deyil.