Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:47

«Azadlıq» blokunun Müsavat problemi


Səs: Real audio
Ömər Eldarov: «Onun abidəsinin nə vaxtsa, haradasa qoyulacağına artıq inamım qalmayıb» Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevin fikrincə, "Azadlıq" bloku seçkiləri ona görə uduzdu ki, birlik yox idi. İndi isə artıq müxalifətin bir hissəsi o birisini ittiham edir ki, niyə AŞPA-nın mandat qərarında hakimiyyətə kömək etdi? Niyə parlamentdə boş yerlərə təkrar seçkiyə gedir və ya gedə bilər? Eyni vaxtda birləşmək təklifləri də səslənir



Amma «Azadlıq» blokunda birləşmə meyllərindən danışmaq çox çətindir. Düzdür, AXCP sədri Əli Kərimli «Azadlıq»ın seçki blokunun siyasi bloka çevrilməsini təklif edir. Təşəbbüsün taleyini Müsavat partiyasının bu bazar günü boş qalan dairələrdə əlavə seçkidə iştirakla və ya parlamentin işinə qatılmaqla bağlı verəcəyi qərar həll edəcək.



Təşəbbüsün müəllifi AXCP sədri Əli Kərimli də blok daxilində artıq indidən fikir ayrılığı yarandığını gizlətmir, amma bunu aradan qaldırmağın mümkün olduğunu düşünür: "Blokun daxilində müəyyən bir gərginlik var. Amma ümidvaram ki, fevralın 5-də Müsavat məclisinin üzvləri səs verən zaman müttəfiq partiyaların da mövqelərini nəzərə alacaqlar...".



Müsavat başqanın birinci müavini Vurğun Əyyub isə hesab edir ki, birlik və ya blok yaradılmasında maraqlı olanlar onun baş tutmaması üçün bəhanə axtarmamalıdırlar: "Müsavat "Azadlıq" blokunun əsasında dayanan partiyalardan biridir və özünün qərar qəbul etmək səlahiyyətini heç bir bloka verməyib. Amma seçki artıq qurtarıb, yeni bir siyasi blok haqqında düşünülürsə, anlamaq lazımdır ki, bu blokda yalnız səmimi niyyətlə iştirak edən qüvvələr bir yerdə ola bilər. Bu blokun baş tutmamasına yönəlik bəyanatlar ümumi işin xeyrinə deyil".



Vurğun Əyyub deyir ki, əslində «Azadlıq» blokunun genişləndirilməsində Müsavat da maraqlıdır və bu yöndə müttəfiqləriylə məsləhətləşmələr də aparırlar.



«Ayna-Zerkalo» qəzetlərinin şərhçisi Azər Rəşidoğluna görə, baş verən prosesin bircə məqsədi var – 2008-ci il prezident seçkilərində müxalifətin vahid namizədini müəyyənləşdirmək. Buna görə də müxalifətin, konkret onun avanqardı olan «Azadlıq» blokunun yalnız Müsavat problemi olduğunu demək çətin məsələdir. Ona görə də blokun parçalanması qaçılmazdır. Və bu üzdən də təkrar seçkiyə qatılmaq və ya parlamentin işində iştirak etmək sadəcə, bəhanə kimi görünə bilər. Bu gün həmin problemi aşan blok gələcəkdə başqa bəhanə axtaracaq.



«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Orucluya görə də, növbəti prezident seçkilərinə hazırlaşan müxalifətin bu seçkidə vahid namizədlə iştirak edəcəyini demək çətindir. Çünki bu parlament yox, prezident seçkisidir.



Hələlik mətbuat səhifəsində gedən polemikalarda müxalifət daxilində parlamentin işinə və ya təkrar seçkiyə qatılmaqla, MSK-da təmsilçiliklə bağlı fikir ayrılığı müşahidə olunur. Və çox güman ki, az sonra bu əlamətlər əməl şəklində təsdiqini tapacaq. Və bu zaman «Azadlıq» bloku istər-istəməz ikiyə parçalanacaq.



Ekspertlər bir məsələdə həmfikirdirlər ki, son zamanlar baş verənlər bir seçkini arxada qoymuş müxalifətin yeni mərhələyə adlaması, növbəti seçkiyə hazırlığı ərəfəsində atdığı addımlardır. Və bu məqsədlə növbəti aylarda "başı eyni qazanda qaynamayan", iddialı liderlərin, xüsusən də Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimlinin ətrafında yeni güc mərkəzlərinin formalaşacağı, yeni birliklərin yaranması gözləniləndir.
XS
SM
MD
LG