Keçid linkləri

2024, 11 Sentyabr, çərşənbə, Bakı vaxtı 03:38

İşıq qəzasının səbəblərini araşdırmaq üçün komissiya yaradılıb


Səs: Real audio
Metropoliten rəsmiləri ona dəyən ziyanı «Barmek»in ödəyəcəyini deyirlər Yanvarın 29-da Bakı və ölkənin şərq rayonlarının işıqsız qalmasına səbəb olan qəzanın səbəblərini araşdırmaq üçün komissiya yaradılıb.



«Azərenerji» Səhmdar Cəmiyyətinin (SC) vitse-prezidenti Marlen Əsgərov bildirir ki, qəzanın təxribat nəticəsində baş verməsi istisna olunur.



«Azərenerji» SC-nin Mətbuat Xidmətinin əməkdaşı Günel Mövlüyarova isə, «Azadlıq» radiosuna müsahibəsində deyir ki, qəzadan sonra Gürcüstana da elektrik enerjisinin verilməsində problem yaranıb. Onun dediyinə görə, artıq Bakı və Abşeron yarımadasına elektrikin verilməsində problem yoxdur. Yanvarın 30-u günün birinci yarısında isə, Gürcüstana elekrik enerjisinin verilməsində yaranan problem aradan qaldırılıb.



Xanım Mövlüyarovanın sözlərinə görə, Rusiyadan Gürcüstana elekrtik enerjisi verilməsində yaranan problem aradan qalxdığı üçün, ola bilsin ki, Azərbaycandan enerji veilməsinə ehtiyac qalmasın.



Yanvarın 29-da ölkənin enerji sistemində baş verən böhran nəticəsində Bakı Metropoliteni də iki saatlığa işini dayandırıb. Metropolitenin rəisi Tağı Əhmədovun «Azadlıq»a verdiyi məlumata görə, bu vaxt ərzində onlar 50 min sərnişinə xidmət göstərə bilməyiblər, bu da kifayət qədər pul vəsaitinin itirilməsi deməkdir.



Metropolitenin Məbuat Xidmətinin rəhbəri Nəzakət Tarverdiyeva isə, deyir ki, onlar elektrik enerjisini «Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» Məhdud Məsuliyyətli Cəmiyyətdən aldıqları üçün dəyən ziyan da bu qurum tərəfindən ödəniləcək. O, hazırda bu məsələlərlə bağlı şirkətlə müzakirələr apardıqlarını bildirir. «Barmek»in İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Tanrıverdi Mustafayevsə, danışıqlar haqda hər hansı məlumatı olmadığını deyir və baş verən qəzaya görə özlərini günahkar saymadığını söyləyir.
XS
SM
MD
LG