Keçid linkləri

2024, 04 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 21:17

Yaralanmış nardaranlılar məsuliyyətə cəlb olunacaqlar<p align=`left`><br><br>


Səs: Real audio
MM-in vitse-spikeri «Bunun üçün 6 noyarda deputat seçilən müxalifət partiyalarının nümayəndələri parlamentin işinə qatılmalıdırlar» - deyir Polis əməkdaşları Nardaranda vəzifə borclarını yerinə yetirərkən qətlə yetiriliblər. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. Yanvarın 30-da Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasından sonra nazir Ramil Usubov yanvarın 24-də Naradaran qəsəbəsində kənd sakinləri ilə polis əməkdaşları arasında baş verən qarşıdurmaya münasibət bildirərkən belə deyib.



Nazir bildirib ki, hadisə ilə bağlı bəzi mətbuat orqanları qeyri-obyektiv məlumatlar yayırlar. O, bunu həlak olmuş polislərin ünvanına təhqir sayıb, əlavə edib ki, cinayəti törədənlərlə bütün nardaranlıları qarışdırmaq düzgün deyil: «Nardaran camaatı öz vətəndaşlıq məsuliyyətini başa düşən, cinayətə meyilli olmayan insanlardır».



R.Usubov deyib ki, hər yerdə olduğu kimi, bu kənddə də cinayətə meyilli insanlar var və onlar kənd sakinlərini qorxu altında saxlamaq istəyirlər.



Nazir hadisə zamanı yaralanmış kənd sakinlərinin hazırda müalicə olunduğunu, sağaldıqdan sonra onların cinayət məsuliyyətinə cəlb olunacaqlarını bildirib.
XS
SM
MD
LG