Səs: Real audio
MM-in vitse-spikeri «Bunun üçün 6 noyarda deputat seçilən müxalifət partiyalarının nümayəndələri parlamentin işinə qatılmalıdırlar» - deyir Rəsmi səviyyədə bir neçə versiya irəli sürülsə də, qəzanın səbəbləri haqda hələlik açıqlama verilməyib
«Azərenerji» Səhmdar Cəmiyyətinin (SC) vitse-prezidenti Marlen Əsgərovun sözlərinə görə, qəzanın səbəblərini araşdırmaq üçün komissiya yaradılıb. Komissiya bir həftə ərzində səbəbləri aşkarlamalı və ictimaiyyətə məlumat verməlidir. Vitse-prezident özüsə, bir neçə versiya üzərində dayanır. Onlardan biri də hava soyuq olduğundan xəttin yüklənməsi ola bilər.
«Azərenerji» SC-nin sabiq rəhbəri Müslüm İmanov isə, Rusiyadan gələn xətdə yüklənmənin qəzaya səbəb ola biləcəyi ehtimalını söyləyir.
Marlen Əsgərov yaxın günlərdə təkrar qəzanın baş verəcəyini istisna etmir: «Bunu Allah bilir, mən Allah deyiləm ki, onun əvəzində cavab verəm».
Oxşar qəza birinci dəfə deyil baş verir. 2002-ci il iyulun 13-də Ağdaşda əkin sahələrindəki yanğın nəticəsində elektrik naqillərindən birinin yanması ölkəni işıqsız qoymuşdu. Dünya Energetika Şurasının vitse-prezidenti, «Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» Məhdud Məsuliyyətli Cəmiyyətin prezidenti Hüseyn Arabula görə, belə bir hadisə dünyanın hər yerində baş verə bilər. Amma eyni ölkədə iki dəfə yox. Ona görə də o, bu vəziyyətin təkrarlanmaması üçün köhnəlmiş sistemin yeniləşdirilməli olduğunu düşünür.
Cənab Arabul hesab edir ki, Azərbaycanın bəxti onda gətirib ki, hadisə bazar günü, günorta saatlarında baş verib. Əgər bu hadisə həftəarası, özü də əhalinin səhər işə getdiyi və ya axşam işdən çıxdığı, saat 6 ilə 8 arasında baş versəydi, tələfatsız ötüşmək mümkün olmayacaqdı. H.Arabula görə, bir neçə milyonluq əhalisi olan İstanbulda belə bir hadisə indiyə kimi baş verməyib. Qaz olmaya, su gəlməyə bilər, amma işıqla bağlı oxşar problemlər yaranmaz. Səbəb də sistemin düzgün qurulmasıdır. O, hesab edir ki, Türkiyədə elektrik kəsildiyi anda dərhal başqa xətt işə düşür. Halbuki Azərbaycanda belə bir sistem hələ də qurulmayıb.
«Azərenerji» SC-nin sabiq rəhbəri Müslüm İmanov da, hesab edir ki, metropoliten və ya xəstəxana kimi həyati əhəmiyyətli obyektlərdə həmişə ehtiyat mənbə olmalıdır ki, hər hansı qəza baş verəndə digəri işə düşsün.
Marlen Əsgərov isə, deyir ki, gələcəkdə ölkənin şərqində enerji problemi yaranmaması üçün bəzi addımlar atılmaqdadır.