Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:46

Ahıska türkləri dönmək üçün şərtlər irəli sürürlər


Səs: Real audio
MM-in vitse-spikeri «Bunun üçün 6 noyarda deputat seçilən müxalifət partiyalarının nümayəndələri parlamentin işinə qatılmalıdırlar» - deyir Qarabağ münaqişəsi həll olunsa, yüz minlərlə qaçqın və köçkün öz evlərinə qayıdardı. Necə ki, 60 ildən sonra Məshəti türkləri Gürcüstana dönə bilər, hərçənd onların qovulmasında Tbilisinin heç bir günahı olmayıb. Bununla belə, Avropa Şurası Məshəti türklərini qaytarmağa şərait yaratmağı Gürcüstan qarşısında şərt qoyub



Azərbaycanda məskunlaşmış Ahıska türklərinin sayı barədə müxtəlif məlumatlar var. Onların nümayəndələri 70-100 min arası bir rəqəm söyləyirlər, Qaçqınlarla və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi isə, 50.000 Ahıska türkünə rəsmi qaçqın statusu verdiyini deyir. Ahıska türklərinin sayının müxtəlif göstərilməsi onunla izah olunur ki, hazırda Azərbaycanda yaşayan bir çox şəxslərin pasportunda «azərbaycanlı» sözü yazılıb.

Bu vaxtacan Ahıska türklərindən 5-6 ailə Gürcüstana, 12.000 nəfər Türkiyəyə, bir hissəsi isə, Rusiyaya işləməyə gedib.



Əslən Gürcüstandan olan Ahıska türkləri özlərini Məshəti deyil, məhz Ahıska türkü adlandırmağa üstünlük verirlər, yəni onlar Gürcüstanda Mesxetiya bölgəsində tarixən Ahıska Paşalığının olduğunu deyirlər.



Azərbaycanda məskunlaşmış Ahıska türkləri ümumilikdə Gürcüstana qayıtmaq istəyində olsalar da, bu repatriasiyanın bir neçə şərt daxilində yerinə yetirilməli olduğunu vurğulayırlar. Ahıska türklərinin Vətən Cəmiyyətinin sədri İbrahim Burhanov: «Bizim əsas şərtlərimiz pasportda «türk» sözünün saxlanması və deportasiya olunduğumuz yerlərə qayıtmaqdır».



Bakıda yaşayan Ahıska türkü, hüquqşünas Mərdəli Süleymanovsa, deyir ki, onlar Gürcüstana qayıtmazdan əvvəl reabilitasiya və repatriasiya haqqında qanunun qəbulunu, hüquqlarının bərpasını gözləyirlər: «1996-cı ildə Gürcüstan parlamenti qərar verdi ki, bizim köçürülməyimiz mərhələli olsun, məqsəd tədricən şəraitə uyğunlaşmaq idi».



Ahıska türklərinin Mədəniyyət Mərkəzinin sədri Nizam Həsənov isə, deyir ki, Azərbaycanda doğulmuş Ahıska türklərinin Gürcüstana qayıtmaq istəməsi elə də real görünmür, ancaq nisbətən yaşlı nəsil daha çox bu dönüşü arzulayır.



Bakıda səfərdə olan Gürcüstanın Münaqişələrin Həlli üzrə Dövlət naziri, Əhalinin Repatriasiyası Məsələləri Komissiyasının sədri Georgi Xaindrava Azərbaycanda Ahıska türklərinin durumuyla maraqlanıb, onların nümayəndələrilə görüşüb. Yanvarın 31-də o, Sabirabad rayonunun Nəsimi kəndində əhaliylə görüşəcək. Cənab Xaindrava Azərbaycandan əvvəl Ahıska türkləri yaşayan Qırğızıstan, Qazaxıstan, Rusiya və Ukraynaya da baş çəkib. Gürcüstan Avropa Şurası qarşısında Ahıska türklərinin repatriasiyası barədə öhdəlik götürüb.



Ahıska türkləri 1944-cü ildə Stalin dövründə Gürcüstandan Orta Asiyaya deportasiya olunublar. Bir neçə il sonra onların bir hissəsi Azərbaycana sürgün edilib. Növbəti qrup isə, 1989-cu ildə Özbəkistanın Fərqanə vilayətindən çıxardılandan sonra Azərbaycana pənah gətirib.
XS
SM
MD
LG