Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 16:19

AzTV-nin qarşısında piket keçirilib


Səs: Real audio
Səfərin əsas məqsədi Axısxa türkləri ilə bağlıdır Yanvarın 30-da Televiziya və Radio Verilişləri Açıq Tipli Səhmdar Cəmiyyətinin (AzTV) qarşısında Nazirlər Kabinetinin qərarı ilə teleşirkətin tabeçiliyindən çıxarılıb, Mədəniyyət Nazirliyinə verilmiş qurumların əməkdaşları piket keçiriblər. Aksiyaçılar köhnə iş yerlərinə qaytarılmalarını tələb ediblər. Piketin təşkilatçısı Səid Rustəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri Nəriman Əzimovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, aksiya icazəsiz olsa da, polis zorakılığa yol verməyib. Piketçilər aksiyanın qətnaməsini teleşirkətin qəbul şöbəsinə təqdim edib, Prezident Aparatı və «Heydər Əliyev Fondu»na müraciətlər ediblər. Cənab Əzimov deyir ki, piketdən az sonra onları Nazirlər Kabinetinin şöbə müdiri İsmayıl Sadıqov qəbul edərək, yaxın günlərdə məsələyə yenidən baxılacağını bildirib.



Bir müddət əvvəl Səid Rustəmov adına Xalq Çalğı Alətləri Orkestri və bir sıra qurumlar NK-nın qərarı ilə AzTV-nin tabeçiliyindən çıxarılaraq, Mədəniyyət Nazirliyinə verilib.
XS
SM
MD
LG