Keçid linkləri

Təcili xəbərlər
2021, 31 İyul, şənbə, Bakı vaxtı 07:19

Gürcüstanın dövlət naziri Bakıdadır


Səs: Real audio
Səfərin əsas məqsədi Axısxa türkləri ilə bağlıdır Gürcüstanın dövlət naziri, Əhalinin Repatriasiyası Məsələləri üzrə Komissiyanın sədri Georgi Xaindrava yanvarın 29-da Bakıya gəlib.



Gürcüstanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, cənab Xaindrava Azərbaycan hökumətinin nümayəndələri ilə danışıqlar aparacaq və Azərbaycanda məskunlaşan Axısxa türklərinə baş çəkəcək.



Səfərin əsas məqsədi də Gürcüstan mənşəli Axısxa-mesxeti türklərinin sayı, durumu, məşğulluq sahələrini öyrənmək və onların Gürcüstana qaytarılması üçün tədbirləri müəyyənləşdirməkdir.



Mesxeti türklərinin tarixi vətənləri - Gürcüstana qayıtması ilə bağlı Avropa Şurası Tbilisi qarşısında tələb qoyub.
XS
SM
MD
LG