Keçid linkləri

2024, 05 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:12

Dənizdə qalan qazmaçılara ərzaq məhsulları göndərildiyi bildirilir


Səs: Real audio
Artıq beşinci gündür ki, Azərbaycan Dövlət Neft Şirkətinin tabeliyindəki "Günəşli" yatağının 80 nəfərdən çox qazmaçısı ərzaqsız qalıb. Fəhlələrin növbələri başa çatsa da, hava şəraitinin pisləşməsi ucbatından dənizdən çıxa bilmirlər Yanvarın 27-si gecə Dövlət Neft Şirkətinin tabeliyindəki «Günəşli» neft yatağının qazmaçılarına ərzaq məhsulları göndərilib. Bu məlumatı «Azadlıq» radiosuna Bayıl Limanı Dəniz Kəşfiyyat- Qazma İdarəsinin rəisi Fərhad Məmmədov verdi. Onun sözlərinə görə, dənizdə qalan qaçmaçılarla əlaqədar material efirə getdikdən sonra idarə bütün çətinliklərə baxmayaraq problemi həll edib.



Yanvarın 27-də «Azadlıq» radiosuna müsahibə verən «Günəşli» neft yatağının 80 nəfərdən çox qazmaçısı hava şəraiti ilə əlaqədar beş gündür ki, sahilə çıxa bilmədiklərini və ərzaqsız qaldıqların bildirmişdilər. Onlar ratsiyaları pis işlədiyindən, üzləşdikləri problemlər barədə baş idarəyə məlumat verə bilmədiklərini sözlərinə əlavə etmişdilər. Bayıl Limanı Dəniz Kəşfiyyat-Qazma İdarəsinin rəisi Fərhad Məmmədov isə, kəskin hava şəraiti ilə əlaqədar qazmaçıların sahilə çıxa bilmədiklərini təsdiqləsə də, onların ərzaqsız qalmaları barədə xəbəri təkzib etmiş, hər gün fəhlələrlə əlaqə saxlanıldığını vurğulamışdı.
XS
SM
MD
LG