Səs: Real audio
Yanvarın 25-də günorta saat 3 radələrində iki polis zabiti Nardaran qəsəbəsində qətlə yetirilib «Yeni Azərbaycan» qəzetindəki «Sahibkarlar bir layihə üçün 1 milyon dollardan çox kredit ala bilər» başlıqlı məqalədə Elbrus yazır ki, Sahibkarlığa Kömək Milli Fondu işadamlarına verilən vəsaitlərin həcminin artırılması üçün hökumətə müraciət edib. Fondun hazırladığı təkliflərdə iri sahibkarlıq subyektlərinə ayrılan maliyyənin 1 milyon manatdan da yuxarı qaldırılması öz əksini tapıb. Fond hesab edir ki, bəzi layihələr daha iritutumlu maliyyə vəsaiti tələb edir, buna görə də belə layihələrin reallaşmasına diqqət artırılmalıdır. Sənəddə həmçinin vəsaitlərin sahibkarların birbaşa fonda müraciəti əsasında verilməsi təklif olunur. Bundan əlavə, bankların filial şəbəkəsinin genişləndirilməsi də təkliflər sırasındadır. Çünki hazırda sahibkarlar daha çox bölgələrdə bankların filial şəbəkələrinin azlığından gileylənirlər.
«Üç nöqtə» qəzetindəki «Marşrutlarda gediş haqqını sürücülər artırıblar» sərlövhəli məqalədə bildirilir ki, bu sahəyə nəzarət edən səlahiyyət sahibləri isə, öz mənafelərinə görə, vəziyyətə göz yumurlar. Qazet yazır ki, Sumqayıt istiqamətində hərəkət edən marşrutlarda gediş haqqı 2000 manata, hətta bəzi mikroavtobuslarda 3000 manatadək artırılıb. Beynəlxalq şəhərlərarası avtovağzalda qeyri-qanuni yolla marşruta daxil olan avtobuslarda da qiymət 20-30% artırılıb. Avtovağzal rəsmiləri həmin sürücülərin özbaşınalıq etdiyini və cəzalandırılacaqlarını bildirirlər. Sürücülər də deyirlər ki, hava şaxtalı olduğundan xəttə çıxan avtobusların sayı azalıb, buna görə də qiymətləri artırmaq qərarına gəliblər.
Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli «Azadlıq» qəzetinə müsahibəsində deyib ki, Avropa Şurası parlamentìn müxalìfətsìz olduğunu nəzərə almaya bìlməz. Onun fikrincə, Avropa Şurasının Azərbaycandakı seçkìlərə daìr müzakìrələrì bundan sonra da davam edəcək. Məqsəd isə, hansısa sanksìya tətbìq edìb-etməmək yox, Azərbaycanda demokratìk ìslahatlara şəraìt yaratmaqdır. Partiya sədrinin sözlərinə görə, Avropa Şurası yaxşı bìlìr kì, Azərbaycanda seçkìlər cìddì pozuntularla keçìrìlìb. Azərbaycan nümayəndə heyətìnìn üzvlərì sırasında müxalìfət təmsìlçìsìnin olmaması özü də hökumət tərəfìndən bìr etìrafdır.