Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:57

Orta məktəblərdə dərslər dörd gün təxirə salındı


Səs: Real audio
Havaların soyuması nəticəsində şəhərdə yaranan problemlərlə maraqlanan prezident İlham Əliyev yanvarın 25-də paytaxtın bəzi yerlərinə baş çəkib, şəhər sakinləri ilə görüşüb Havaların kəskin soyuması və qar yağması orta ümümtəhsil məktəblərində dərslərin bağlanması ilə nəticələnib. Yanvarın 25-də Təhsil naziri Misir Mərdanovun imzaladığı əmrlə orta məktəblərdə dərslər dörd gün təxirə salınıb. Nazirliyin icra aparatının rəhbəri İlham Pirməmmədov deyir ki,

orta ümumtəhsil məktəblərində dərslər gələn həftənin bazar ertəsi, yəni yanvarın 30-da bərpa olunacaq. Onun sözlərinə görə, dərslərin dayandırılması respublikada fəaliyyət göstərən 4.500 orta məktəbin hamısına və o cümlədən, qar-çovğun olmayan rayonlaradakı məktəblərə də aiddir.



Havaların soyuması nəticəsində şəhərdə yaranan problemlərlə maraqlanan prezident İlham Əliyev yanvarın 25-də paytaxtın bəzi yerlərinə baş çəkib, şəhər sakinləri ilə görüşüb. Bir gün əvvəl isə, prezident hava şəraitinin pisləşməsi ilə əlaqədar yaranmış problemlərin həlli ilə bağlı müşavirə keçirib. Dövlət başçısı vəziyyətin çox ağır və yaxud da çətin olduğunu bildirib. O, Bakı Şəhər İcra Hakimiyyətinə və digər aidiyyatı qurumların rəhbərlərinə məsələyə diqqət və həssaslıqla yanaşmağı, əhalinin qaz və işıqla təmin olunmasında yaranan problemləri aradan qaldırmağı tapşırıb.



Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov isə, paytaxt küçələrində 17 qarkürüyən, 13 ədəd qumsəpən, 2 ədəd qarvuran və 3 ədəd qaryükləyən maşının işlədiyini söyləyib. Amma aparılan işlərə baxmayaraq sürücülər yollarda problemlərin aradan qalxmadığını deyirlər.
XS
SM
MD
LG