Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 18:38

«Azəriqaz» Ermənistana qaz verdiyini təkzib edir


Səs: Real audio
"Azərbaycan qaz böhranını aradan qaldırmaq üçün Ermənistana yardım etmir. Gürcüstanın ehtiyaclarını ödəmək üçün verilən qaz da Ermənistana ötürülə bilməz. Belə iddiaların nə texniki, nə hüquqi, nə də maliyyə əsasları var" Bunu "Azəriqaz" Səhmdar Cəmiyyətinin vitse-prezidenti Nazim Səmədzadə ABŞ Dövlət Departamentinin sözçüsü Şon MakKormakın bəyanatına münasibət bildirirkən deyib.



Yanvarın 23-də Şon MakKormak Ağ Evdə keçirdiyi mətbuat konfransında Azərbaycan qazının Ermənistana yönəldildiyini bildirmişdi:



"Bildiyim qədərilə indi Azərbaycandan Gürcüstana qaz verilir və inanıram ki, elektrik problemini də Türkiyənin yardımıyla həll edirlər. Ermənistana qaz verilməsində problemlər var idi, ona görə də Azərbaycan qazı Ermənistana yönəldilib... Önəmli olan odur ki, Gürcüstan və Ermənistanın qonşuları çətin vaxtda

yardımlarını əsirgəməyiblər. Fəxr edirik ki, bunda bizim də

rolumuz olub..."



"Azəriqaz"ın vitse-prezidenti Nazim Səmədzadə isə Gürcüstanın istəsə də, aldığı qazı Ermənistan ötürməsinin texniki cəhətdən mümkün olmadığını deyir.



Gürcüstanın energetika naziri Nika Gilauri də "İnterpress" agentliyinə bildirib ki, Azərbaycandan Gürcüstana verilən qazın Ermənistana ötürülməsi imkan xaricindədir və bu kimi xəbərlər həqiqətə uyğun deyil. Onun sözlərinə görə, belə xəbərlərin yayılmasına səbəb yəqin Gürcüstanda Azərbaycan qazının təzyiqinin aşağı düşməsi olub.
XS
SM
MD
LG