Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

Ekspertlər İvanovun dediklərinə xəbərdarlıq kimi baxırlar


Səs: Real audio
Rusiyanın Müdafiə naziri «Problemin həllini yalnız Ermənistanla Azərbaycan tapmalıdır, dünya ictimaiyyəti isə, bunun üçün mümkün olan hər şeyi etməlidir» - deyir Rusiyanın müdafiə naziri Sergey İvanov Bakı görüşlərində deyib ki, lazım gəlsə, Rusiya Azərbaycana da, Ermənistana da silah sata bilər, Dağlıq Qarabağda sülhü mühafizə qüvvələri yerləşdirə bilər, Dağlıq Qarabağ probleminin hərbi yolla həlli perspektivsizdir və s. Şahnaz Bəylərqızı İvanovun dediklərinə Bakıdakı ekspertlərin fikirlərini öyrənib



Azərbaycan bir neçə beynəlxalq müqaviləyə imza atdığından, Rusiyadan istədiyi qədər silah-sursat ala bilməz. Həmin müqavilələr silah alan və satan ölkələrə ağır texnikanın əldə olunmasına görə müəyyən məhdudiyyətlər qoyur.



Amma keçmiş müdafiə naziri Tacəddin Mehdiyevin qənaətincə, Rusiya həmin məhdudiyyətlərdən kənara çıxır: "Avropada "cinah sazişi deyilən bir anlayış var. Orada məsələn, tanklar, PDM, ağır silahlara məhdudiyyətlər qoyulub. Bundan artıq Rusiya nə bizə, nə də Ermənistana silah verə bilməz. Amma əfsuslar olsun ki, bu balans pozulub".



Hərbi ekspert Azad İsazadə isə deyir ki, Rusiya beynəlxalq sənədlərə məhəl qoymadan istər Azərbaycana, istərsə də Ermənistana istədiyi qədər silah sata bilər. Yaxın tarixdə bununla bağlı nümunələr də var və Rusiya bu mənada öz kommersiya maraqlarını önə çəkir.



Amma ekspert bir məqama diqqət çəkir. Ermənistanın müttəfiqi olan Rusiya Azərbaycana keyfiyyətli və müasir silah satmaq istəməyəcək. Azad İsazadəyə görə, bu gün Ermənistana edilən güzəştlər Azərbaycana edilmir və bundan sonra da çox güman ki, edilməyəcək. Həm qiymət, həm keyfiyyət, həm də say baxımından.



Dağlıq Qarabağ problemi o vaxt orada SSRİ, sonra da Rusiya qoşunları yerləşəndə qızışıb və Bakı torpaqları Rusiya qoşunları olanda itirib. Bu mənada ekspertlər Rusiya sülhməramlılarının Qarabağda sülh yarada biləcəklərinə də əmin deyillər.



Ekspert Azad İsazadə bu günə kimi Rusiya sülhməramlılarının hansısa münaqişəni birdəfəlik həll etmədiklərini deyir. Onun qənaətincə, bu sülhməramlıların ayaq basdığı bölgədə konflikt sadəcə "dondurulur" və Moskvanın maraqları tələb edəndə, o, işə salınır. Necə ki, Abxaziyada sülhməramlılarını yerləşdirən Kreml bu faktordan istədiyi qədər istifadə edir.



Politoloq Rasim Musabəyov isə xatırladır ki, 90-cı illərin ortalarında rusiyalı sülhməramlıların Qarabağda yerləşdirilməsinə cəhd olunsa da, baş tutmayıb: "Bişkek sazişi – atəşkəs qərarından sonra Rusiya qoşunlarının gəlişi gözlənilirdi. Ancaq onda Heydər Əliyev götür-qoy edərək üstünlüyü daha çox Minsk Qrupunun nizamlama fəaliyyətinə verdi, nəinki Rusiyanın ora ayrıca qüvvə kimi qayıtmasına. İndi mən gözləmirəm ki, bundan fərqli bir münasibət əldə olunsun".



Rusiya müdafiə naziri isə Bakıda "Qarabağ probleminin hərb yolu ilə həlli perspektivsizdir" deyib. Ekspertlər Sergey İvanovun bu bəyanatında xəbərdarlığın hiss olunduğunu düşünürlər.



Rasim Musabəyov: "Xəbərdarlıq müəyyən mənada var. Ancaq biz bunu həmişə bilirdik ki, ermənilərin arxasında Rusiya durur ".



Azad İsazadəyə görə, bu bəyanatla Qərb də, Rusiya da, elə münaqişə edən tərəflər – Azərbaycanla Ermənistan da vaxtaşırı çıxış edir. Sadəcə, tərəflərin dilində bunun yozumu başqadır. Elə bil tərəflər bununla bir-birinə hədə-qorxu gəlirlər.



Tacəddin Mehdiyev də güman edir ki, bəlkə də Azad İsazadənin dediyi kimi, bu bəyanatın arxasında hansısa hədə-qorxu dayanır, Ermənistanla müttəfiq olduğunu xatırladır. Amma Azərbaycan da diplomatik şəkildə gəlinən hədə-qorxunun cavabını həmişəki kimi verib: sülh danışı
XS
SM
MD
LG