Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:43

Sergey İvanov: «Qarabağ münaqişəsinin hərbi yolla həlli perspektivsizdir»<p align=`left`><br><br>


Səs: Real audio
Rusiyanın Müdafiə naziri «Problemin həllini yalnız Ermənistanla Azərbaycan tapmalıdır, dünya ictimaiyyəti isə, bunun üçün mümkün olan hər şeyi etməlidir» - deyir Yanvarın 24-də görüşən Azərbaycan və Rusiyanın Müdafiə nazirləri Səfər Əbiyev və İqor İvanov «Qəbələ» Analitik-İnformasiya Mərkəzinin fəaliyyətiylə bağlı müzakirələr aparıblar. Görüşdən sonra cənab İvanov bildirib ki, o, azərbaycanlı həmkarı ilə «Kasfor» Operativ Hərbi-Dəniz Qrupunun yaradılması təşəbbüsü ətrafında da fikir mübadiləsi aparıblar. Onun fikrincə, belə qrupun yaradılması Xəzəryanı dövlətlərin terror təhlükəsi, kütləvi qırğın silahlarının qarşısının alınması, silah və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə və iqtisadi maraqların qorunması üçün birgə əməli tədbirlərindən biri ola bilər.



Müdafiə Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı İlqar Verdiyevin sözlərinə görə isə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması da müzakirə olunub: «İkitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq və regional təhlükəsizlik məsələləri, hərbi kadrların hazırlanması və «Qəbələ» Analitik-İnformasiya Mərkəzinin fəaliyyəti haqqında fikir mübadiləsi aparılıb. Rusiyanın Müdafiə naziri Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın səylərini artıracağını bildirib».



Sergey İvanov deyib ki, münaqişənin hərbi yolla həlli perspektivsizdir: «Problemin həllini yalnız Ermənistanla Azərbaycan tapmalıdır, dünya ictimaiyyəti isə, bunun üçün mümkün olan hər şeyi etməlidir». Sülhməramlı əməliyyatların keçirilməsinə gəlincə, cənab İvanov deyib ki, bu, münaqişənin diplomatik yolla nizamlanmasından sonra baş tuta bilər.



Sergey İvanov: «Mənim fikrimcə, indi bundan danışmaq tezdir. Əsas problemin diplomatik yolla həllini tapmasıdır. Sonra isə, hansısa sülhməramlılardan danışmaq olar».



Səfər Əbiyev isə, deyib ki, nizamlanmaya dair danışıqlar müsbət nəticə verməsə, Azərbaycan ərazi bütövlüyünün bərpası üçün hər şeyi edəcək.



Sergey İvanov prezident İlham Əliyev və Baş nazir Artur Rəsizadə ilə də görüşüb. Yanvarın 25-də isə, o, «Qəbələ» Analitik-İnformasya Mərkəzinə baş çəkəcək.
XS
SM
MD
LG