Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 08:41

AŞ PA-da mandatla bağlı müzakirələr aparılır<p align=`left`><br><br>


Səs: Real audio
Sənaye və Energetika naziri «Onlar qaza görə, Rusiyaya verdikləri məbləği Azərbaycana ödəməlidirlər» - deyir Avropa Şurası Parlament Assmableyasının (AŞ PA) Monitorinq Komitəsində Azərbaycan nümayəndə heyətinin mandatıyla bağlı müzakirələr aparılır. Bunu «Azadlıq» radiosuna qurumun Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel və AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.



Azərbaycan nümayəndə heyətinin mandatına dair qərar yanvarın 25-də veriləcək. AŞPA-nın rəsmi məlumatında deyilir ki, mandat təsdiqlənə, təsdiqlənməyə və yaxud nümayəndə heyətinin hüquqları məhdudlaşdırıla bilər.



Səməd Seyidov deyib ki, Andreas Qross yanvarın 23-də AŞPA-nın qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun alınmasını təklif edib.



AŞPA həmməruzəçisi Andres Herkelsə, hələlik tələsik şərh vermək istəmədiyini bildirərək, deyib ki, ya Azərbaycan nümayəndə heyətinin mandatı əlində alına, ya da hər hansı bir şərti cəza verilə bilər.



Cənab Herkel əlavə edib ki, Azərbaycan nümayəndə heyətinin mandatının müzakirəyə çıxarılmasına səbəb bu ölkədə ötən parlament seçkisinin «böyük saxtakarlıqla» keçməsidir.
XS
SM
MD
LG