Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:17

Bakıda səkkiz istiqamətdə yeni yol və körpülər salınacaq


Səs: Real audio
1995-ci ilə qədər istehsal olunan köhnə maşınların ölkəyə gətirilməsinə məhdudiyyət qoyulub «Bakıda maşınların hərəkətindəki tıxacları aradan qaldırmaq üçün səkkiz istiqamətdə yeni yol və körpülər salınacaq».



Dövlət Yol Polisi İdarəsinin (DYPİ) şöbə müdiri Ərəstun Məcidov belə deyir. Hazırda mümkün maliyyə mənbələrinin araşdırıldığını söyləyən cənab Məcidov bildirir ki, beş il müddətinə həyata keçiriləcək bu layihəyə sərf olanacaq vəsaitin məbləği də hesablanır.



Ərəstun Məcidov deyir ki, Almaniyanın «Simens» şirkəti ilə ötən ilin sonlarında imzalanan müqaviləyə əsasən tıxacların qarşısını almaq üçün xüsusi nəzarət qurğularının bir hissəsi də artıq paytaxta gətirilib. İlin sonuna kimi, şəhərin tıxac olan küçələrində səkkiz nəzarət qurğusu maşınlara yol göstərəcək.



Ərəstun Məcidov onu da deyir ki, tıxacların qarşısını almaq üçün DYPİ-nin təklifi ilə 1995-ci ilə qədər istehsal olunan köhnə maşınların ölkəyə gətirilməsinə dövlət səviyyəsində məhdudiyyət qoyulub.
XS
SM
MD
LG