Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:38

AŞPA-nın qış sessiyası başlayır<p align=`left`><br><br>


Səs: Real audio
Sessiyanın gündəliyinə Azərbaycanla bağlı məsələ salınmayıb Yanvarın 23-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının [AŞPA] qış sessiyası işinə başlayır. Sessiyada Azərbaycanın nümayəndə heyəti də iştirak edəcək.



Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyətinə Əli Hüseynov, Gültəkin Hacıyeva, Aydın Abbasov, Elmira Axundova, Qənirə Paşayeva, Aynur Quliyeva, Rafael Hüseynov, Aydın Mirzəzadə, Əkrəm Abdullayev daxildir.



AŞPA-nın qış sessiyasının gündəliyinə Azərbaycanla bağlı məsələ salınmayıb. Sessiyanın birinci günü bütün nümayəndələrin səlahiyyəti məsələsi müzakirə ediləcək.



Yanvarın 26-da AŞPA alt komitəsində Azərbaycanda parlament seçkiləri ilə əlaqədar dinləmələr keçiriləcək. Müxalifət liderləri həmin dinləmələrə rəsmi dəvət olunub.
XS
SM
MD
LG