Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:17

«Neftçi» finalda


Səs: Real audio
Yerevan klubu Bakı komandası ilə qarşılaşmaqdan imtina etdi Bakının «Neftçi» klubu MDB ölkələrinin «Birlik» kubokunda finala çıxıb. Yerevanın «Pünik» komandası yarımfinalda Bakı komandası ilə qarşılaşmaqdan imtina etdiyinə görə, «Neftçi»yə texniki qələbə (3-0) verilib.



Rusiya Futbol İttifaqının rəsmi məlumatına görə, «Pünik» oyundan təhlükəsizlik səbəbinə görə imtina edib və Moskvanı tərk edib.



«Neftçi»nin vitse-prezidenti Ramin Musayev isə bildirir ki, «Pünik»in qarşılaşmadan imtina etməsiylə bağlı onlara hər hansı məlumat verilməyib: «Ona görə də biz məşq edirik, həm fiziki, həm də psixoloji cəhətdən oyuna hazırıq».



«Neftçi» Daşkəndin «Paxtakor», «Pünik» isə Donetskin «Şaxtyor» komandasına qalib gələndən sonra yarımfinala fəsiqə qazanmışdı. Moskvanın MOİK və Vülnüsün «Kaunas» komandalarından biri yanvarın 22-də final oyununda «Neftçi»nin rəqibi olacaq.



«Birlik» kubokunun keçən il keçirilən dörddəbir final qarşılaşmasında «Neftçi» «Pünik»ə 2:0 hesabıyla qalib gəlmişdi.
XS
SM
MD
LG