Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Dekabr, şənbə, Bakı vaxtı 22:23

Növbəti monitorinq də ölkədə «quş qripi»nin olmadığını göstərib


Səs: Real audio
Yaxın günlərdə isə, ABŞ-dan olan ekspertlər müşahidə aparmaq üçün Azərbaycana gələcəklər Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəis müavini Emin Şahbazovun verdiyi məlumata görə, Azərbaycanda köçəri quşlar arasında «quş qripi» virusunun olub-olmamasını müəyyən etmək üçün aparılan yeddinci monitorinq sona çatıb: «Ölkə ərazisində «quş qripi» xəstəliyi müəyyən edilməyib. Monitorinq Azərbaycanın bütün ərazisini əhatə edib».



Cənab Şahbazov deyir ki, DBX 100 qan nümunəsi hazırlayıb və yaxın günlərdə Londondakı referent laboratoriyaya göndərəcək. Yaxın günlərdə isə, ABŞ-dan olan ekspertlər müşahidə aparmaq üçün Azərbaycana gələcəklər.



Azərbaycana gələn köçəri quşlar arasında «quş qripi» virusunun olub-olmamasını müəyyən etmək üçün növbəti monitorinqə yanvarın 30-da başlanacaq.
XS
SM
MD
LG