Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

Xaçmazda «quş qripi» ilə bağlı tədbirlər planı müzakirə olunub


Səs: Real audio
"Human Rights Watch" yeni hesabat yayıb Xaçmaz Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə «quş qripi» xəstəliyinin qarşısını almaq üçün tədbirlər planı müzakirə olunub.Toplantıda yerli icra və bələdiyyə orqanlarının nümayəndələri, baytarlıq xidmətinin əməkdaşları iştirak ediblər. Məlumatı «Azadlıq» radiosuna Xaçmaz Rayon Baytarlıq İdarəsinin rəisi Ağəli Ağabalayev verdi. O, rayonda «quş qripi» xəstəliyi ilə əlaqədar ciddi təhlükənin olmadığını desə də, bu virusun yayılmasının qarşısının alınması üçün ciddi tədbirlər görüldüyünü də sözlərinə əlavə etdi.



Ağəli Ağabalayev Xaçmaz rayonunun Yergüc, Nabran və digər kəndlərində ev quşlarının taun xəstəliyi nəticəsində qırılması barədə yayılan məlumatları isə təkzib etdi.
XS
SM
MD
LG