Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:45

<i>«Gün Səhər»:</i> «Polad necə tükəndi?»


Səs: Real audio
Yanvarın 17-də Tovuzun bir qrup sakini qaz və işıqla bağlı etiraz aksiyası keçirib «Gün Səhər» qəzetindəki «Polad necə tükəndi?» sərlövhəli məqalədə «Baku Steel Company»nin sahibi Paolo Pərviz və onun müəssisəsinin aqibəti haqqında versiyalar araşdırılır. Müəllif yazır ki, fərziyyələrdən birinə görə, noyabrın ortalarında Bakıda olan «Mittal Steel» şirkətinin sahibi, hindistanlı milyarder Lakşmi Mittal o zaman «Baku Steel»ə baxıb və onu almaq istədiyini bildirib. Paolo Pərviz bu təkliflə razılaşıb və 2006-cı ilin əvvəlindən müəssisə artıq Mittala məxsusdur. Məqalədə bildirilir ki, bu yaxınlarda onun menecerləri Bakıya gələcək və təhvil-təslim işlərini aparacaqlar. Digər fərziyyəyə görə isə, Azərbaycana qara metalın idxalı ilə məşğul olan dairələr supergəlir gətirən «Baku Steel Company» nini Paolo Pərvizin əlindən almaq qərarına gəlib və özlərinin hakimiyyətə yaxın olduqlarından istifadə edərək, sahibkarı elə sıxışdırıb ki, o, müəssisəsini onlara satmaq fikrinə gəlib.



«Yeni Azərbaycan» qəzetindəki «Ermənistan kompromisə razılıq vermək məcburiyyətindədir» başlıqlı məqalədə Aqşin yazır ki, ekspertlər Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun erməni həmkarı Vardan Oskanyanla görüşünə böyük ümidlər bəsləyirlər. Müəllif nazir Elmar Məmmədyarova istinadən yazır ki, son zamanlar dünya ictimaiyyətinin, xüsusilə də, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqəti daha da artırması, Azərbaycan və Ermənistan prezidentləri arasında gedən danışıqlar 2006-cı ildə qərarların qəbulu fazasının başlanacağını deməyə əsas verir. Beynəlxalq ekspertlər də hazırda münaqişənin həll edilməsi üçün əla imkan yarandığını düşünür. Bu isə xarici faktorlardan daha çox tərəflərin özlərinin münaqişənin həllinə meyl göstərməsidir. Müəllifin fikrincə, Ermənistan olaylara indi əvvəlkindən fərqli yanaşır. Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə layihə direktoru Sabina Freyzer hesab edir ki, Qarabağ münaqişəsi ilə bağlı Praqa prosesi başlandıqdan sonra rəsmi Yerevanın siyasətində dəyişiklik hiss olunur.



«Üç nöqtə» qəzetindəki «JEK»lərin fəaliyyətinə ehtiyac varmı?» sərlövhəli məqalədə bildirilir ki, hazırda bu qurumun vaxtilə nəzarət etdiyi su, qaz , işıq, kanalizasiya xidmət sektorları, başlıcası isə dövlət mənzil fondu özəlləşdirilib. Ancaq buna baxmayaraq «JEK»lərin fəaliyyətinə son qoyulmur. Bakı Şəhər Mənzil Komunal Təsərrüfatı İdarəsinin direktor müavini Sabit Hüseynov isə hesab edir ki, Mənzil İstismar Sahələrinin (MIS) işinə ehtiyac var və qurum öz işini qanun çərçivəsində görür. Müəllif yazır ki, MIS-in hazırkı fəaliyyəti yalnız əhalidən mənzil haqqının və məişət tullantılarının daşınması haqqının yığılması ilə məhdudlaşır. Müəllifə görə, bu işin öhdəsindən sakinlərin özləri də asanlıqla gələ bilərlər.
XS
SM
MD
LG