Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:48

Tovuzun bir qrup sakini etiraz aksiyası keçirib


Səs: Real audio
Yanvarın 17-də Tovuzun bir qrup sakini qaz və işıqla bağlı etiraz aksiyası keçirib Ədalət partiyası Tovuz təşkilatının sədri Gülağa Ağazadənin sözlərinə görə, yanvarın 4-dən kəndlərə verilən işıqda uzunmüddətli fasilələr yaranıb. Yerli müxalifət nümayəndələri də narazılığın qanuni yollarla ifadəsini təşkil ediblər.



Gülağa Ağazadə deyir ki, Tovuzun Qaraxanlı, Xatınlı, Qədirli və Cilovdağlı kəndlərinin sakinləri rayon mərkəzinə yürüş etmək istəyiblər, ancaq polis onların qarşısını alıb.



Tovuz rayon İcra Hakimiyyəti başçının müavini Nəsib Bağırov bir neçə gündür işığın verilməsində fasilələr yarandığını təsdiqləyir, ancaq bu fasilənin bir-iki saat çəkdiyini deyir.



Cənab Bağırovun sözlərinə görə, camaata problemin tezliklə həll ediləcəyini bildiriblər.



Ədalət partiyası Tovuz təşkilatının sədri Gülağa Ağazadə isə deyir ki. əgər uzunmüddətli fasilələrə son qoyulmasa, onlar yenidən etiraz aksiyalarına başlayacaqlar.
XS
SM
MD
LG