Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 08:19

Namiq Feyziyev də xəstəxanaya yerləşdirildi<p align=`left`><br><br>


Səs: Real audio
Gənclər, İdman və Turizm Nazirliyi aksiya ilə bağlı bəyanat verdi Yanvarın 17-də aclıq aksiyası keçirən gənclərdən daha biri –«Yeni Fikir» Gənclər Təşkilatının üzvü Namiq Feyziyevin səhhəti pisləşdiyindən həkimlər onu xəstəxanaya apardılar. 3 Saylı Təcili Yardım Xəstəxanasının həkimi Salman Babayevin sözlərinə görə, onun bədənində kəskin ağrılar var, qan təzyiqi 90-50-yə düşüb.



Namiq Feyziyev 1 Saylı Klinik Xəstəxanaya yerləşdirilib. O, aclığa ötən il dekabrın 28-dən başlamışdı. Bundan əvvəl səhhəti pisləşən digər aksiya iştirakçıları - Emin Hüseynov, Turan Əliyev və Elnur Məmmədov da həmin xəstəxanada müalicə olunur.



Yanvarın 17-də aclıq aksiyasına daha iki gənc qoşulub – Qarabağ Azadlıq Təşkilatından Manaf Kərimov və AXCP Gənclər Təşkilatından Vüqar Əliyev. "Yeni Fikir" Gənclər Təşkilatının üzvü Tural Xəlilov da aclıq edənlərdən biridir. O, aksiyaya yanvarın 15-dən qoşulub.



Avropa Şurası Baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Mats Lindberq isə «Azadlıq» radiosuna müsahibəsində gənclərin səhhətinə görə narahat olduğunu bildirdi: «Bu hadisənin səbəbləri haqqında tam oybektiv məlumat əldə etmək bir qədər çətindir. Bir şey aydındır ki, siyasi fəaliyyətinə görə, heç kim təhsil müəssisəsindən kənarlaşdırıla bilməz. Biz aclıq edən tələbələrin səhhətinə görə narahatlıq keçiririk».



Yanvarın 17-də həmçinin Gənclər, İdman və Turizm Nazirliyi (GİTN) bəyanat verərək aclıq aksiyası keçirən gənclərin səhhətindən narahat olduğunu bildirib. Bəyanatda deyilir ki, gənclərin siyasi baxışları onların təhsil hüquqlarının pozulmasına əsas olmamalıdır. Nazirlik aclıq edən gənclərə tövsiyə edir ki, onlar oxuduqları ali məktəblərin qaydalarına əməl etməli, təhsil müəssisələrindən xaric edilmələrini siyasiləşdirməməlidirlər.



GİTN gəncləri aksiyanı dayandırmağa və aidiyyətı dövlət orqanlarını, ali təhsil müəssisələrinin rəhbərlərini bu problemin ədalətli həlli yollarını bir daha ətraflı müzakirə etməyə çağırır.



Gənclər aclıq aksiyasına ötən ilin dekabrın 28-dən başlamışdılar. Onlar Turan Əliyevlə Namiq Feyziyevin qovulduqları ali məktəblərə bərpasını tələb edirdilər.



Keçmiş tələbələr siyasi baxışlarına görə, universitetlərdən xaric olunduqlarını bildirir, Təhsil Nazirliyi isə bu itthamı qəbul etmir. Bununla belə, Təhsil naziri Misir Mərdanov Namiq Feyziyevlə Turan Əliyevin xaric ollunduqarı universitetlərə bərpa edilmələrinə kömək edəcəyini də deyib.
XS
SM
MD
LG