Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 15:33

Qərib Danimarka ölkəsində


Səs: Real audio
Gəncə Şəhər Baytarlıq İdarəsinin rəhbəri Hüseyn Abbasov Sevinc qəsəbəsində ev quşları arasında pullerioz xəstəliyinin yayıldığını deyir "Qobus"un qonaqları:



- Kocaeli Azərbaycan Evi Dərnəyinin sədri Bilal Dündar;



- Ümumrusiya Azərbaycanlıları Konqresi Bryansk bölməsinin sədri Şəhriyar Heydərov;



- Praqadakı Amerika Universitetində təhsil alan Emilya Kazımova;



- və Danimarkadan Fidan Qocamanlı



- Birinci qonağımız – Bilal Dündar Türkiyənin İzmit şəhərində yaşayır. Kocaeli Azərbaycan Evi Dərnəyinin sədridir. Dərnək iki il əvvəl yaradılıb. Bilal bəy "Qlobus"a dərnəyin Azərbaycanla bağlı gördüyü işlər və Türkiyədəki azərbaycanlılar barədə danışır.



Bilal Dündar "Kocaeli" qəzetində çalışır, özü Türkiyədə anadan olub, valideynləri isə Azərbaycandandır.



- İkinci qonağımız Rusiyadandır. Şəhriyar Heydərov 1987-ci ildə Bryansk şəhərinə oxumağa gəlib. İnstitutu qurtarandan sonra bu şəhərdə işləməyə qalıb, o vaxtdan da Rusiyada yaşayır. Hazırda Ümumrusiya Azərbaycanlıları Konqresi Bryansk bölməsinin sədridir.



- Növbəti qonağımız Praqadakı Amerika Universitetində oxuyan Emilya Kazımovadır. Emilya Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsində oxuyub, sonra təhsilini Praqadakı Amerika Universitetində davam etdirib. Hazırda Çexiyada həm oxuyur, həm də işləyir.



- "Qlobus"un axırıncı qonağı Danimarkadan Fidan Qocamanlıdır. Fidan xanım Bakıdandır, bir il əvvəl Danimarkada yaşayan azərbaycanlı ilə ailə qurub. İndi onlar Danimarkanın Orxut şəhərində yaşayırlar. Fidan xanım deyir ki, bu ölkədəki yaşayışından razı olsa da, onun xoşuna gəlməyən cəhətlər də var.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG