Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:16

Aclıq edənlərdən biri də xəstəxanaya yerləşdirildi


Səs: Real audio
Gənclər israrla aclığı davam etdirirlər Yanvarın 14-də aclıq aksiyası keçirən gənclərdən biri - «Yeni Fikir» Gənclər Təşkilatının üzvü Elnur Məmmədovun səhhəti kəskin pisləşib. Nəticədə o, Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Cənab Məmmədov ürək və böyrək ağrılarından əziyyət çəkir.



Son məlumata görə, onun səhhəti stabilləşib.



18 gündür aclığı davam etdirən Namiq Feyziyev və Turan Əliyevin də səhhətində problemlər var. N.Feyziyevin təzyiqi 90\60-a, T.Əliyevin isə 70/40-a düşüb. Tibbi yardımdan sonra onların təzyiqləri normallaşıb. Bununla belə, hər iki gənc aksiyanı dayandırmaq niyyətində olmadıqlarını bildirirlər.



Yanvarın 14-də Müsavat Partiyasının başqanı İsa Qəmbər və Dünya Azərbaycanlıları Konqresinin nümayəndələri gənclərə baş çəkərək, onlardan aksiyanı dayandırmağı xahiş ediblər.



Yanvarın 12-də aclıq edənlərdən biri, «Məqam» Vətəndaş Hərəkatının koordinatoru Emin Hüseynovun səhhəti kəskin pisləşdiyindən, 1 Saylı Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.



«Yeni Fikir» Gənclər Təşkilatının üzvü Namiq Feyziyev və AXCP Gənclər Komitəsinin fəalı Turan Əliyev siyasi baxışlarına görə, universitetlərdən qovulduqlarını bildirirlər. Təhsil Nazirliyi isə bəyan edir ki, Namiq Feyziyev akademik borcunu ödəmədiyinə, Turan Əliyev isə dövlət əleyhinə vərəqələr yaydığına görə ali məktəbdən xaric edilib.
XS
SM
MD
LG