Səs: Real audio
"AzərTAc"ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın ABŞ-dakı səfiri Hafiz Paşayev Konqresdə erməni məsələləri üzrə işçi qrupunun həmsədrləri Co Nollenberq və Frenk Pallonenin bəyanatlarına cavab yazıb Dekabrda bu konqresmenlər məktub yayaraq, belə bir iddia irəli sürmüşdülər ki, guya Azərbaycan hökuməti Naxçıvanın Culfa şəhərindəki orta əsrlərə aid erməni qəbiristanlığındakı daşları (xaçkarları) qəsdən dağıtmaqdadır. Konqresmenlər bu ittihamlarında ermənilərin çəkdiyi videokadrlara istinad edirdilər.
Hafiz Paşayev ABŞ Konqresi üzvlərinin bu məlumatın mənbəyini yoxlamadıqlarından təəssüfləndiyini bildirib. Səfir qeyd edib ki, konqresmenlərin məktubuna əsas kimi götürülən videogörüntüdə bir sıra naməlum şəxslərin hansısa orta ölçülü daşları dağıtdığı göstərilir. Daşlarda nə gözəçarpan xaç işarələri, nə də onları dağıdanların müəyyən millətə məxsusluğu görünür. Belə videogörüntüyə əsasən, istənilən şəxsə qarşı istənilən ittiham sürülə bilər.
Azərbaycanın Müdafiə Nazirliyi rəsmi olaraq bu ittihamları rədd edib.