Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:38
Rubrikalar

Bakı-Moskva qatarına Gürcüstan vaqonu qoşulacaq


Səs: Real audio
Toyuq ətindən hazırlanan dönərin satılmasına isə qadağa qoyulub "AzərTAc" "Azərsu" Səhmdar Cəmiyyətinə istinadən yazır ki, Bakı şəhərinin su təchizatını yaxşılaşdırmaq məqsədilə çəkiləcək Oğuz-Qəbələ-Bakı kəmərinin layihəsini Almaniyanın «CES Consulting Engineers» şirkəti hazırlayacaq.



Məlumatda deyilir ki, bu şirkət layihənin smeta sənədlərini hazırlamaq hüququnu bununla əlaqədar keçirilən müsabiqədə qazanıb. Layihə hazırlanarkən su kəmərinin marşrutuna dair beynəlxalq səviyyəli müstəqil rəylər alınacaq. Eyni zamanda ətraf mühitlə bağlı məsələlər də qiymətləndiriləcək.



- Azərbaycan Dövlət Dəmir Yol İdarəsi və «Rusiya Dəmir Yolları» Səhmdar Cəmiyyəti Bakı-Moskva qatarına Gürcüstanın da sərnişin vaqonunun qoşulması barədə razılıq əldə ediblər.



Dövlət Dəmir Yol İdarəsinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyir ki, Gürcüstan Dəmiryol İdarəsi bir müddət əvvəl Bakı – Moskva qatarına 3 vaqonun – 2 sərnişin və 1 yük vaqonunun qoşulması xahişi ilə müraciət edib. 2006-2007-ci ilin cədvəlinə baxılarkən bu məsələ də nəzərə alınıb.



Mətbuat xidməti rəhbərinin sözlərinə görə, Bakı–Moskva qatarına həftədə bir dəfə Gürcüstanın yalnız 1 sərnişin vaqonunun qoşulması barədə qərar qəbul edilib. Çünki bu qatar yük və restoran vaqonları da daxil olmaqla 19 vaqondan ibarətdir. Gürcüstan vaqonu yük vaqonunun əvəzinə qoşulacaq.



Bakıdan Moskvaya həftədə 3 dəfə qatar yola düşür.



- Yanvarın 12-də Milli Bankda 1 ABŞ dolları 91 qəpik, 1 avro 1 manat 11 qəpik, 1 rus rublu 3 qəpik olub.
XS
SM
MD
LG