Səs: Real audio
Nazirlərin görüşündə prezidentlərin bir araya gəlməsi üçün zəmin olub-olmaması müzakirə ediləcək Xaric olunduqları ali məktəblərə bərpa olunmaq tələbi ilə 15-ci gündür aclıq aksiyası keçirən gənclər zəifləyiblər, təzyiqləri tez-tez qalxıb-düşür. 3 Saylı Təcili Yardım Stansiyasının həkimi Cəfər Yəhyayev yanvarın 11-də gəncləri müayinə edəndən sonra bildirdi ki, onların qan təzyiqi aşağıdır, bədənlərində ağrı var: «Onların vəziyyəti normal insanda olduğu kimi deyil. Qida qəbul etmədiklərindən hamısında fiziki zəiflik var».
Aksiyanın 15-ci günü ilə bağlı bu gün keçirdikləri mətbuat konfransında «Yeni Fikir» Gənclər Təşkilatının üzvü Namiq Feyziyev isə bildirdi ki, onların həyatı üçün yarana biləcək təhlükəyə görə məsuliyyət Azərbaycan hökumətinin üzərinə düşəcək.
Aksiyaçılar İlham Əliyevə yenidən müraciət edərək, prezidenti onların taleyinə biganə qalmamağa çağırdılar.
Aclıq edənlər bildirirlər ki, səhhətlərində problemlər yaransa da, aksiyanı davam etdirmək fikrindədirlər.
Avropa Liberal Gənclik Təşkilatı da bəyanat yayaraq öz fəallarını Azərbaycanda keçirilən aclıq aksiyasını dəstəkləməyə çağırıb. Bəyanatda bildirilir ki, universitet rəhbərliyi gəncləri siyasi baxışlarına görə ali məktəblərdən xaric edib, ancaq onları akademik borclarının olmasında ittiham edir.
«Yeni Fikir» və AXCP Gənclər Təşkilatının üzvləri Namiq Feyziyev və Turan Əliyev, «Məqam» Vətəndaş Hərəkatının fəalı Emin Hüseynov dekabrın 28-dən aclıq aksiyası keçirir. Yanvarın 6-dan onlara Elnur Məmmədov da qoşulub. Aclıq edənlər Namiq Feyziyev və Turan Əliyevin ötən ilin noyabrında siyasi baxışlarına görə oxuduqları unversitetlərdən qovulduqlarını bildirirlər. Onlar noyabrda keçirilən parlament seçkisi dövründə müxalifətin siyasi aksiyalarında fəal iştirak ediblər. Təhsil Nazirliyi isə gənclərin siyasi baxışlarına görə deyil, akademik borclarının olduğu üçün universitetlərdən xaric edildiyini bildirir.