Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:44

ATƏT sədrinin Azərbaycan və Ermənistana səfəri gözlənilir


Səs: Real audio
Nazirlərin görüşündə prezidentlərin bir araya gəlməsi üçün zəmin olub-olmaması müzakirə ediləcək ATƏT-in fəaliyyətdə olan sədri, Belçikanın Xarici İşlər naziri Karl de Quxtun yanvarın 25-də Azərbaycan və Ermənistana səfəri planlaşdırılır.



ATƏT-in Bakı Ofisindən verilən məlumatda belə deyilir. Ofisin əməkdaşı Ülvi Axundlunun sözlərinə görə, səfərdə başlıca müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsi olacaq.



Azərbaycan və Ermənistanın Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Vardan Oskanyan isə Praqa görüşünün davamı olaraq yanvarın 18-i və 19-da Londonda bir araya gələcəklər.



Xarici İşlər Nazirliyi İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə deyir ki, nazirlərin təktəbək görüşündən başqa Minsk Qrupunun həmsədrləri, eləcə də ATƏT sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspişekin də iştirakı ilə müzakirələr aparılacağı nəzərdə tutulub.



Cənab Tağızadə bildirir ki, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü ilə bağlı indilik razılıq əldə edilməsə də, danışıqlarda onların bir araya gəlməsi üçün zəmin olub-olmaması da müzakirə ediləcək.
XS
SM
MD
LG