Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:35

Zəvvarların marşrutunda dəyişiklik edilməsi planlaşdırılmır


Səs: Real audio
Venesiya Komissiyasının təmsilçisi MSK-nın yeni tərkibinin formalaşması ilə bağlı təkliflər vermək niyyətində olmadıqların deyir «Bir neçə günə Həcc ziyarətini başa vurub avtobusla ölkəyə qayıdacaq azərbaycanlı zəvvarların marşrutunda hələ ki, dəyişiklik edilməsi planlaşdırılmır. Əgər «quş qripi» virusu ilə bağlı Türkiyəylə sərhədlər bağlanarsa, ya da başqa zəruri şərait yaranarsa, bu edilə bilər».



Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Mətbuat Xidmətinin rəhbəri Akif Ağayev «Azadlıq» radiosuna belə deyir.



Azərbaycandan Məkkəyə 3450 zəvvar gedib. Onlardan üçdə biri avtobusla, qalanları isə təyyarəylə qayıdacaq. Avtobusla qayıdacaq zəvvarların marşrutuna Türkiyə də daxildir.



Cənab Ağayevin verdiyi məlumata görə, zəvvarlar hazırda Məkkədə ayinləri icra edirlər. Onlar təxminən bir həftədən sonra Azərbaycana qayıdacaqlar.



Türkiyədə yayılan «quş qripi» xəstəliyinin Həcc ziyarətindən avtobusla qayıdan zəvvarların səhhətində problem yaratmaması üçün Rusiya hökuməti bir neçə marşrut üzrə işləyir. Bu barədə Rusiyanın Baş sanitar həkimi məlumat verib.
XS
SM
MD
LG