Keçid linkləri

2024, 09 Oktyabr, çərşənbə, Bakı vaxtı 11:18

«Quş qripi»nə hazırlıq müzakirə edilib<p align=`left`><br><br>


Səs: Real audio
Venesiya Komissiyasının təmsilçisi MSK-nın yeni tərkibinin formalaşması ilə bağlı təkliflər vermək niyyətində olmadıqların deyir Yanvarın 11-də Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidməti (DBX) və Səhiyyə Nazirliyi (SN) «quş qripi»nə qarşı hazırlıqla bağlı müzakirə keçirib.



DBX-nin rəis müavini Emin Şahbazov: «Müzakirə apardıq ki, ölkəyə bu xəstəlik gələrsə, nə edəcəyik. Bura xüsusi formaların, resperator maskaların, əlcək, çəkmə, dezinfeksiya materiallarının vəziyyəti, çatışmayanların alınması daxildir. Bizdə bütün bu vasitələr kifayət qədərdir».



O, bildirir ki, əgər bu xəstəlik ölkəyə gələrsə, birdən-birə bütün Azərbaycanı bürüməyəcək: «Hansısa kənddə, ərazidə olacaq. Həmin əraziyə uyğun da tədbirlər görüləcək».



Cənab Şahbazovun sözlərinə görə, hazırda Azərbaycanın bütün ərazilərində «quş qripi» virusunun olub-olmamasını öyrənmək üçün monitorinqlər davam etdirilir. Türkiyəylə sərhəd olan Naxçıvanda isə gücləndirilmiş iş rejimi tətbiq edilib. «Naxçıvanda məhdudiyyətlər qoyulub, Türkiyədən heç bir quş məhsulu buraxılmır. Sərhəddi keçən maşınlar və adamlar arasında dezinfeksiya işləri aparılır. Orda quşların monitorinqi davam edir və nəticə bir-iki günə məlum olacaq» - deyə, o, vurğulayır.



DBX-nin rəsmisi əlavə edir ki, bu vaxta qədər keçirilən monitorinq və analizlər Azərbaycanda «quş qripi»nin olmadığını göstərib.



Artıq bir neçə aydır Azərbaycanda köçəri quşların ovlanmasına qadağa qoyulub, broyler fabrikləri isə qapalı rejimdə işləyir.
XS
SM
MD
LG