Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:33
Rubrikalar

Dizelin bahalaşması Gürcüstana da təsir edir


Səs: Real audio
Ucuz qiymətə isə satacaq - Qazaxıstan neftinin Azərbaycan nefti ilə qarışdırılıb Bakı-Ceyhan kəməriylə nəqli haqqında saziş layihəsi yaxın vaxtlarda imzalana bilər.



Bu barədə Qazaxıstanın «Kazmunayqaz» Dövlət Neft-Qaz Şirkətinin rəhbəri Uzaqbay Karabalin bildirib. Onun sözlərinə görə, iki ölkənin ekspertləri Qazaxıstan neftinin Bakı-Ceyhan kəməriylə nəqli şərtlərini nəzərdə tutan saziş layihəsi üzərində işi başa çatdırırlar və layihədə bir dənə də olsun razılaşdırılmamış məqam qalmayıb.



Bakı-Ceyhan kəmərinin nəql gücü ildə 50 milyon tondur. Azərbaycanın öz nefti kəmərin tam gücü ilə işləməsinə kifayət etmir. Qazaxıstan kəmərlə nəql üçün hər il 20 milyon ton neft verə biləcəyini bildirib. Qazaxıstan neftinin bu ölkənin Aktau limanından Bakıya tankerlərlə daşınması, daha sonra Bakı-Ceyhan kəmərinə vurulması nəzərdə tutulur.



- Azərbaycanda dizel yanacağının iki dəfə bahalaşması Gürcüstanda da bu növ yanacağın qiymətinin qalxmasına səbəb olacaq. Gürcüstanın energetika nazirinin müavini İsaq Novruzov bildirib ki, ölkədəki yanacaqdoldurma stansiyalarında satılan dizel yanacağının böyük hissəsi Azərbaycandan gətirilir.



- Azərbaycanla Hindistan arasında ikiqat vergitutmanın ləğvi gözlənilir. Bu məsələ, eləcə də iki ölkə arasında iqtisadi əməkdaşlığın başqa məqamları maliyyə naziri Əvəz Ələkbərovun Hindistana səfəri zamanı müzakirə olunur. Səfər yanvarın 13-ə qədər davam edəcək.



Yanvarın 10-a olan məlumata görə, Milli Bankda 1 dollar 92 qəpik, 1 avro 1 manat 12 qəpik, 1 rubl isə 3 qəpikdir.
XS
SM
MD
LG