Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 01:21

Həkim gəncləri aclığı dayandırmağa çağırıb


Səs: Real audio
Ucuz qiymətə isə satacaq Yanvarın 10-da 3 Saylı Təcili-Tibbi Yardım Xəstəxanasının həkimi Cəfər Yəhyayev aclıq aksiyası keçirən gəncləri muayinə edib, onlara bildirib ki, təzyiqləri normadan aşağıdır. Qida qəbul etmədiklərinə görə aksiyaçıların zəiflədiyini söyləyən həkim onlara aclıgı dayandırmağı məsləhət görüb.



Aclıq edənlər isə bir daha bildiriblər ki, Namiq Feyziyev və Turan Əliyev xaric olunduqları ali məktəblərə bərpa edilməyənə qədər aksiyanı davam etdirəcəklər.



«Yeni Fikir» Gənclər Təşkilatının üzvü Namiq Feyziyev Azərbaycan Pedaqoji Universitetindən, AXCP fəalı Turan Əliyevsə Bakı Dövlət Universitetindən qovulmalarına etiraz olaraq dekabrın 28-dən aclıq aksiyası keçirirlər. «Məqam» Vətəndaş Hərəkatının koordinatoru Emin Hüseynov və «Yeni Fikir» Gənclər Təşkilatının digər üzvü Elnur Məmmədov da aksiyada iştirak edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG