Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:51

Alıcılar bayram qiymətlərinin bahalığından şikayətlənirlər<p align=`left`><br><br>


Səs: Real audio
Sənəd müzakirə olunmaq üçün AŞPA-nın yanvarın 23-dən 27-dək keçiriləcək sessiyasına təqdim olunacaq 10 yanvar - Qurban bayramı münasibətilə Bakının məscidlərində namaz qılınıb, qurbanlar kəsilib. Bu gün məscidlərə gələnlərin sayı daha çoxdur.



Qurban bayramının mahiyyətində əsasən kəsilən heyvanların ehtiyacı olanlara paylanması dayanır. Amma məscidlərdə qurban payı ala bilmədiyinə görə narazı olanlar, qurban kəsənlərə «çox sağ olun» deyənlər də var.



Bu gün məscidlərdə polis əməkdaşları da çoxdur. Onlardan biri - Camal Müseyibov deyir ki, nizam-intizama nəzarət edirlər: «Basabas olur, qayda-qanun yaradırıq».



İstər bazarlarda, istərsə də yol kənarlarında qoyun sürüləri çox olsa da, onların qiymətləri başqa günlərə nisbətən bahadır. Satıcı Fərid deyir ki, bu gün 30 qoyun satıb. O, keçən illə müqayisədə qiymətlərin qalxdığını bildirir: «Hər şeyin qiyməti qalxıb. Diri çəkisi 23-25 kq olan qoyunu 550 min manata satıram».



Alıcılar da bahalıqdan şikayətlənirlər. Paytaxt sakinləri arasında bu bayramı keçirdiyini deyənlər də, bayram əhvalı yaşamadığını bildirənlər də var.
XS
SM
MD
LG