Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 02:11

Dövlət – sənətçi münasibətləri necə olmalıdır?


Səs: Real audio
Sənəd müzakirə olunmaq üçün AŞPA-nın yanvarın 23-dən 27-dək keçiriləcək sessiyasına təqdim olunacaq Ötən söhbətimizdə mühacirətə gedən bəstəkar Cavanşir Quliyev və mədəniyyət nazirindən narazılığını bildirmək üçün Azərbaycan vətəndaşlığından imtina edən Müslüm Maqomayevi dinləmişdik.



Amma nazirlikdən narazı qalan sənətçilərin siyahısı uzundur: məşhur kaman ustası, xalq artisti Habil Əliyev, xalq artistləri Nəriman Əzimov və Lütfiyar İmanov.



Narazılar sırasında başqa xalq artistləri də var. Bir çoxu onlara qarşı haqsızlıq olduğunu düşünsə də, nazirə qarşı hücuma keçmir. Bəziləri isə sadəcə, vəziyyətin çıxılmaz olduğunu düşünərək, başqa ölkədə çalışmağı üstün tutur.



Bir sözlə, mədəniyyət adamlarının Mədəniyyət Nazirliyindən narazı olduğu bir dövrdür. Bu nazirliyin tabeçiliyinə verilən Xalq Çalğı Alətləri Orkestrinin rəhbəri Nəriman Əzimov isə ölkənin birinci xanımına müraciət edərək şikayətlərini araşdırmağı, müsbət nəticə olmasa, aclıq aksiyasına başlayacağını bildirir.



Amma verilişimizin sualları narazılıq barədə olmayacaq. Dövlət-sənətçi münasibətləri necə olmalıdır? Mədəniyyət Nazirliyi ətrafında narazılıqlar yaxşı nazir axtarışıdır, yaxşı padşah xiffətidir, yoxsa islahatlar uğrunda mübarizə?



Söhbətdə iştirak edirlər:



- SSRİ xalq artisti, Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, professor Xuraman Qasımova;



- tənqidçi Tehran Əlişanoğlu;



- Türkiyədəki müxbirimiz Mayis Əlizadə. O, dövlət-sənətçi münasibətlərinin fərqli bir modelindən danışacaq.



Söhbəti Audio hissədə dinləyə bilərsiniz
XS
SM
MD
LG