Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:43

Metro vaqonlarında səs azaldılacaq


Səs: Real audio
Yanvarın 22-də qurumun fövqəladə qurultayı keçiriləcək Bakı Metropoliteninin Ukraynadan aldığı 292 min ABŞ dolları dəyərində rels qaynaqlayıcı xüsusi avadanlıq fevralın sonunadək Bakıya gətiriləcək.



Metropolitenin rəisi Tağı Əhmədov «AzərTAc»a deyib ki, yeraltı polad magistral uzunluğu 25 metr olan relslərdən quraşdırılıb. Relslər arasındakı məsafə hərəkət vaxtı vaqonlarda səs yaradır. Bundan başqa, relsləri birləşdirən şpalların tez-tez sıradan çıxması əlavə məsrəflərə səbəb olur. Yeni avadanlıq vasitəsilə qaynaqlanacaq relslər 100 metrdən bir birləşdiriləcək. Bu, hərəkət zamanı vaqonlarda əlavə səsin yaranmasının qarşısını alacaq, eləcə də relsləri birləşdirən detallara çəkilən xərcləri azaldacaq.
XS
SM
MD
LG