Səs: Real audio
Buna səbəb dizelin bahalaşmasıdır İqtisadçı ekspert Azər Mehtiyev «Azadlıq» qəzetinə müsahibəsində deyib ki, dizel yanacağının qiymətinin qalxacağı əvvəlcədən planlaşdırılan hadisə idi. O, bunun son hədd olmadığını deyir. Bu addım istər-istəməz benzinin qiymətinin artmasına da gətirib çıxaracaq. Ekspertin fikrincə, qiymətlərin bu cür qalxması ikiqat inflyasiya yaradacaq. Yəni bir müddətdən sonra dizelin bahalaşması istehsal məhsullarının qiymətlərinə də təsir edəcək və bununla ikinci qiymət qalxımı baş verəcək.
«Xalq Cəbhəsi» qəzetindəki «Quş qripi», yoxsa quş vəbası» başlıqlı məqalədə artiq 10 gündür ki, Lənkəranda da ev quşlarının kütləvi qırılması hallarının müşahidə olunduğu bildirilir. Lənkaran Baytarlıq İdarəsinin rəisi Kamal Abdinovun verdiyi məlumata görə, onlar ölü quşların nümunələrini analiz üçün Bakıya göndəriblər. Qəzetə açıqlamasında Kamal Abdinov epidemiyanın «quş qripi» ilə əlaqələndirilməsinin düzgün olmadığını qeyd edib. Onun fikrincə, bu xəstəlik quş taunudur. Qəzet Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəsi Rəşad Qulamova istinadən xəbər verir ki, «quş qripi»nin Türkiyə və İrandan yayılmaması üçün Muxtar Respublikada gücləndirilmiş iş rejiminə keçilib. Səhiyyə və Kənd Təsərrüfatı Nazırliklərinin nümayəndələri Culfa və Sədərək sərhəd keçid məntəqələrində günaşırı yoxlamalar aparırlar. Sərhədçılərə tapşırılıb ki, əgər sərhəd zonalarda ölü quşlara rast gəlinsə, dərhal müvafiq orqanlara xəbər versinlər.
«Azərbaycan» qəzetindəki «2006-cı il mərhələli həllin reallaşması ili ola bilər» başlıqlı məqalədə bildirilir ki, xarici ekspertlərin Yeni ilin ilk günlərinə təsadüf edən bəyanatları bunu deməyə əsas verir. Ötən ilin sonunun Dağlıq Qarabağ münaqişəsinin 2006-ci ildə həllini tapa biləcəyinə dair bəyanatlarla zəngin olduğunu xatırladan məqalə müəllifi bildirir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri 2006-cı ilin münaqişə tərəflərinin sülhə doğru yaxınlaşması istiqamətində olduqca məhsuldar keçə biləcəyinə dair çıxış ediblər. Müəllifin fikrincə, Ermənistan tərəfi də işğal etdikləri Dağlıq Qarabağın itirilməsi və istəklərinin puça çıxmasını görürlər.