Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:48

Ali məktəblərdə imtahanların monitorinqi aparılacaq


Səs: Real audio
Buna səbəb dizelin bahalaşmasıdır Yanvarın 9-dan başlayaraq "Dalğa" Gənclər Hərəkatının üzvləri ali məktəblərdə keçirilən imtahanlarda iştirak edəcəklər.



Hərəkatın təhsildə rüşvətin qarşısını almaq məqsədilə atdığı bu addıma təhsil naziri Misir Mərdanov da razılıq verib.



Hərəkatın sədri Ramin Hacılı deyir ki, onlar ali məktəb tələbələri arasında keçirdikləri sorğu əsasında rüşvət alan müəllimləri müəyyənləşdiriblər. Nazir həmin müəllimlərin imtahan prosesindən kənarlaşdırılmasına dair təklifə müsbət cavab verib.



Ramin Hacılı deyir ki, əgər nəticələr müəllimlərin yenə də rüşvət aldığını ortaya çıxararsa, onlar həmin müəllimlərin adlarını nazirliyə və prokurorluq orqanlarına təqdim edəcəklər.



Ramin Hacılının sözlərinə görə, hərəkat xarici təşkilatların maliyyə yardımı ilə reklam çarxları çəkməyi və tələbələrə xüsusi vərəqələr paylamağı da planlaşdırır. Bundan başqa, hər bir universitetdə xüsusi qutular da qoyulacaq ki, tələbələr rüşvət alan və onlarla kobud davranan müəllimlər barədə yazıb, həmin qutuya atsınlar.
XS
SM
MD
LG