Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:43

Bütün sahələrdə qiymət artımı gözlənilir<p align=`left`><br><br>


Səs: Real audio
Buna səbəb dizelin bahalaşmasıdır Yanvarın 6-na keçən gecə hökumətin qərarıyla dizel yanacağı, kerosin və məişət qazının qiyməti iki dəfə qaldırılaraq hər litri 1800 manat (təzə 36 qəpik) olub.



Tarif Şurası qərarın neft məhsullarının qanunsuz ixracının qarşısının alınması, onların keyfiyyətinin artırılması və dövlət gəlirlərinin çoxaldılması məqsədilə verildiyini bildirir.



Tarif Şurasının rəhbəri, iqtisadi inkişaf naziri Heydər Babayev yanvarın 6-da keçirdiyi mətbuat konfransında deyib ki, dizelin qiymətinin artması nəqliyyat və kənd təsərrüfatında qiymətlərin ancaq cüzi artımına səbəb olacaq. Onun sözlərinə görə, yanacağın qiymətinin sadalanan sahələrdə məhsulun maya dəyərinə təsiri çox azdır.



Buna baxmayaraq, yanvarın 6-da səhər tezdən Bakı və Sumqayıtda ictimai nəqliyyatda gediş haqqı sürücülərin təşəbbüsü ilə 1.5-2 dəfə artırılıb.



Bakı şəhər İcra Hakimiyyəti Nəqliyyat Departamentinin rəis müavini Yaşar Cəfərov ictimai nəqliyyatdakı qiymətlərlə bağlı Tarif Şurasına müraciət etdiklərini, amma qərar verilənə qədər qiymət artımının qarşısının alınacağını bildirdi. Bəzi marşrut sürücüləri isə belə olan təqdirdə işləməyəcəklərini deyirlər.



Dizel yanacağının bahalaşmasının kənd təsərrüfatı mallarının qiymətlərinə təsir edəcəyi ilə bağlı narahatlığı Bakı bazarlarındakı satıcılar və alıcılar da gizlətmir.



"Turan" informasiya agentliyinin iqtisadçısı İlham Şabanın fikrincə, əhalinin narazılığına səbəb odur ki, benzindən fərqli olaraq, dizel qiymətləri əsasən kasıbların cibini "yandıracaq".



Rəsmilər dizelin qiymətinin beynəlxalq maliyyə qurumlarının təklifi ilə dünya standartlarına uyğunlaşdırmaq üçün qaldırıldığını bildirirlər.



Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı daimi nümayəndəsi Bazil Zavoyko qış tətilində olduğu üçün məsələdən xəbərsiz olduğunu və ancaq lazımi araşdırmalardan sonra şərh verə biləcəyini dedi.



Amma Fond hələ təxminən 1 il əvvəl neft məhsullarının qiymətlərinin artırılmasında israr edəndə, Bazil Zavoyko demişdi ki, onlar qiymətlərin artırılmasından danışanda dizeli nəzərdə tutmurlar:



"Biz neft məhsullarının qiymətlərinin artırılmasından danışanda, benzin, təyyarə yanacağı, mazut, nafta və kimya sənayesində istifadə olunan parafinlərdən danışırıq. Biz qətiyyən aztəminatlı təbəqənin geniş istifadə etdiyi dizel və kerosinin də bahalaşmasını nəzərdə tutmuruq".



Tarif Şurası isə vətəndaşları arxayın edir ki, yaxın zamanlarda benzin və maye qazın qiyməti qalxmayacaq.
XS
SM
MD
LG