Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:01

«Yalan»ın təqdimat mərasimi təxirə salınıb


Səs: Real audio
Milli Bank qarşıdakı günlərdə bu problemin həll olunacağını bildirir Kinorejissor Ramiz Əzizbəyli və ssenarist Orxan Fikrətoğlunun dövlət sifarişi ilə hazırladıqları «Yalan» bədii filminin yanvara təyin olunan təqdimat mərasimi təxirə düşüb.



Ramiz Əzizbəyli «Azadlıq» radiosuna müsahibəsində bildirib ki, filmə keçirilən ilkin baxış zamanı bir sıra texniki problemlər ortaya çıxıb. Kinorejissorun dediyinə görə, filmin son texniki işləri Moskvada aparılıb. Və maliyyə problemləri üzündə film lentə keyfiyyətli köçürülməyib.



Ramiz Əzizbəyli onu da bildirdi ki, yaranmış vəziyyətlə bağlı son söz Azərbaycanın Mədəniyyət Nazirliyində olacaq. Çünki dövlət sifarişi ilə çəkilən filmlərin vəsaitini məhz bu nazirlik ayırır.



Mədəniyyət Nazirliyi mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətovsa bildirir ki, fevralın sonuna kimi filmin təqdimat mərasiminin keçiriləcəyi gözlənilmir.
XS
SM
MD
LG