Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

<i>«Bakı-Xəbər»</i>: «Təkrar seçki təxirə salına bilər»


Səs: Real audio
İndiki mərhələdə yalnız aztəminatlı ailələr üçün sayğaclar pulsuz quraşdırılır «Bakı-Xəbər» qəzetindəki «Təkrar seçki təxirə salına bilər» başlıqlı məqalədə Elxan yazır ki, ABŞ-ın İrana mart ayı üçün nəzərdə tutulan hərbi müdaxiləsi mayda ləğv olunmuş dairələr üzrə keçiriləcək təkrar seçkinin taleyini sual altına alır. Müəllifin fikrincə, qonşu ölkədə hərbi əməliyyatlar gedən bir vaxtda Azərbaycanda seçki keçirmək bir neçə səbəbdən müşkülə çevrilə bilər. Bu səbəblərə mümkün hərbi əməliyyatlar nəticəsində İrandan Azərbaycana əhali axını, demoqrafik vəziyyətin dəyişməsi, eləcə də Azərbaycan ərazisindən bu və ya digər formada istifadə olunması və s. aid oluna bilər. Odur ki, namizədliyini irəli sürmək istəyənlər Amerika ilə İran arasında baş verənləri diqqətlə izləmək məcburiyyətindədirlər.



«Yeni Müsavat» qəzetindəki «2006-nın «qurban»ları...» sərlövhəli məqalədə Məcid İlham Əliyevin kadr islahatlarının daha kimlərə yönəldiləcəyini araşdırıb. Müəllif ekspertlərə istinadən yazıb ki, vəzifədən həbsə atılacaqlar siyahısında ilk yerlərdən birini Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Məhərrəm Əliyev tutur. Bu rəy onunla əsaslandırılır ki, son aylarda cənab Əliyev açıq şəkildə Daxili İşlər naziri Ramil Usubova qarşı çıxdığını nümayiş etdirir, mesajlar göndərir, hədələyir... Müəllif bildirir ki, Təhsil naziri Misir Mərdanovun bu il vəzifəsini itirəcəyinə əksər ekspertlər birmənalı baxırlar. Məqalədə vəzifəsindən uzaqlaşdırılacaqların siyahısında Bakı meri Hacıbala Abutalıbov və Baş nazir Artur Rəsizadənin də adları çəkilir.
XS
SM
MD
LG