Keçid linkləri

2024, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:00

Naxçıvan ombudsmanı müstəqil olacaqmı?


Səs: Real audio
İndiki mərhələdə yalnız aztəminatlı ailələr üçün sayğaclar pulsuz quraşdırılır Naxçıvan Muxtar Respublikasında Ombudsman İnstitutu və Apellyasiya məhkəməsi yaradılır.



Həm 2002-ci ilin dekabrında, həm də 2004-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası qətnamə qəbul edərək Azərbaycanı məhkəmə sistemini müstəqilləşdirməyə çağırmışdı.



Nüfuzlu beynəlxalq insan haqları təşkilatları məruzələrində Azərbaycanda məhkəmələrin müstəqil olmadığını qeyd edirlər. "Freedom House" təşkilatı isə ötən il yaydığı məruzədə məhkəmələri icra hakimiyyətinin "oyuncağı" adlandırmışdı



Milli Məclisin ötən ilki son iclasında Muxtar Respublikanın konstitusiyasına dəyişikliklər müzakirə edilərkən qeyd olundu ki, Naxçıvanda insan hüquqları üzrə müvəkkillik Bakıdakı Ombudsman Aparatından müstəqil fəaliyyət göstərəcək.



Naxçıvanda Tələbələrin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Məhəmməd Rzayev isə bu təsisatın müstəqil qərarlar çıxaracağına inanmır: "Müstəqil olacağına mən inana bilmirəm və bu institut yenə də hakimiyyətdən asılı adam olacaq. Göndərilən şikayətləri sadəcə, şikayət edilən quruma qaytarmaqla məşğul olacaq".



Demokratiya və İnsan Hüquqları Fondunun həmsədri Murad Sadəddinov da Naxçıvanda Ombudsman Aparatının müstəqil olacağına inanmır: "Mən hesab etmirəm ki, onun müstəqilliyi tam təmin olunacaq. Zənnimcə, bu qurum tam yerli hakimiyyətin təsiri altında olacaq".



Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovsa deyir ki, ombudsman institutunun nizamnaməsi icra strukturundan asılılığa imkan vermir. Əgər bu cür asılılıq olarsa, bu, ilk növbədə ombudsman institutunun özünə zərbədir.



Naxçıvandakı şikayətləri cavabsız qalan Muxtar Respublika sakinləri Bakıya müraciət etmək hüququnu özlərində saxlayırlar. Səməd Seyidova görə, onlar Bakıya müraciət etməkdə sərbəstdirlər.



Hüquq müdafiəçisi Murad Sadəddinov da Səməd Seyidovun dedikləri ilə razılaşsa da, bu məsələdə vətəndaşların başqa problemlə üzləşəcəyini diqqətə çatdırır. Onun fikrincə, Bakıya gələn müraciətlər yenidən yerli ombudsmana göndəriləcək, yerli ombudsmanın isə həmin məsələyə yanaşması əvvəlkindən fərqli olmayacaq.
XS
SM
MD
LG