Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 18:23
Rubrikalar

«Azərbaycan «əsasən qeyri-azad» ölkədir»


Səs: Real audio
İndiki mərhələdə yalnız aztəminatlı ailələr üçün sayğaclar pulsuz quraşdırılır ABŞ-ın "Heritage" Fondu və "Uolt Strıt Cournal" qəzetinin yanvarın 4-də yaydığı növbəti illik "İqtisadi azadlıqlar indeksi" hesabatında Azərbaycan "əsasən qeyri-azad" ölkələr sırasına daxil edilib.



Hesabat iqtisadiyyatın açıqlığı, xarici investisiyalar, hökumətin iqtisadiyyata müdaxiləsi, tənzimləmə, qara bazarın fəallığı və əmlak hüquqlarının müdafiəsi kimi amillər əsasında aparılıb.



Sənədə görə, keçən il 10 ölkə, o cümlədən İran və İtaliyada iqtisadi azadlıqlarda geriləmə olub. 33 ölkədə, o cümlədən Rumıniya, Ermənistan, Qırğızıstan, Türkmənistan və Tacikistanda isə vəziyyət bu və digər dərəcədə yaxşılaşıb.



Ümumilikdə 20 ölkə və ya region "azad" kimi təsnif olunur. İlk onluğa Honq-Konq, Sinqapur, İrlandiya, Lüksemburq, Böyük Britaniya, İslandiya, Estoniya, Danimarka, Birləşmiş Ştatlar, eləcə də Avstraliya və Yeni Zelandiya daxildir.



52 ölkə, o cümlədən Ermənistan və Gürcüstan "əsasən azad" ölkələr sırasına aid edilir.



Rusiya, Ukrayna, Rumıniya, Moldova və Azərbaycan da daxil olmaqla 73 ölkə isə "əsasən qeyri-azad" ölkələr sırasına daxildir.



12 ölkə, o cümlədən İran, Belarus, Kuba və Türkmənistan "qeyri-azad" ölkələr kimi təsnif olunur. Türkmənistanda vəziyyət bir az yaxşılaşsa da, o, "qeyri-azad" kateqoriyasında qalmaqda davam edir.



157 ölkə arasında Azərbaycan 123-cü, Rusiya 122-ci, Ermənistan 27-ci, Gürcüstan isə 68-ci yerdədir.



- Azərbaycan Rusiyadan elektrik enerjisini 1 ay da köhnə qiymətlə alacaq.



«Azərenerji» və Rusiyanın RAO YeES şirkətləri arasında aparılan danışıqlar zamanı 2006-cı il üçün elektrik enerjisinin qiymətini müəyyən etmək mümkün olmayıb. Buna görə də köhnə müqavilə bu il yanvarın 31-ə qədər uzadılıb.



Rusiya indiyəcən Azərbaycana elektrik enerjisinin 1 kilovat saatını 2.8 sentə satırdı, amma 2006-cı il üçün yeni qiymət təklif edir - 4 sent. Azərbaycan isə bununla razılaşmır və Rusiyadan elektrik enerjisi alınmasını dayandıra biləcəyini deyir.



RAO YeES-in nümayəndələri danışıqların gedişini öz rəhbərlikləri ilə müzakirə etmək üçün vaxt istəyiblər.



Rusiyadan alınan işıq Azərbaycanın ehtiyacının 3-4 faizini təşkil edir.



- ABŞ-ın "Exxon Mobil" neft şirkəti Azərbaycana 50 milyon dollar kompensasiya verəcək. Bununla bağlı "Exxon Mobil" və Azərbaycan Dövlət Neft Şirkəti arasında razılaşma əldə edilib. Şirkət təzminatı Xəzərin Azərbaycan sektorundakı "Naxçıvan" və "Zəfər-Məşəl" yataqlarında kəşfiyyat işlərini dayandırdığı üçün ödəyəcək. Kəşfiyyat işləri həmin yataqlarda neft olmadığını göstərib.



- Yanvarın 4-ə olan məlumata görə, Milli Bankda 1 dollar 4593 manat və ya təzə pulla 91 qəpik, 1 avro 5459 manat və ya təzə pulla 1 manat 9 qəpik, 1 rubl isə 159 manat və ya təzə pulla 3 qəpikdir.
XS
SM
MD
LG