Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:24

Aclıq edən gənclərin səhhətində problemlər yaranıb


Səs: Real audio
Tam kompensasiyalar isə komissiya işini bitirdikdən sonra veriləcək Yanvarın 3-də siyasi baxışlarına görə ali məktəbdən qovulduqlarını iddia edən və yeddinci gündür aclıq aksiyası keçirən gənclərin - «Yeni Fikir», «Məqam» və Xalq Cəbhəsi Partiyasının Gənclər Təşkilatlarının üzvlərinin səhhətində problemlər yaranıb. 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasının həkimi Salman Babayev onların təzyiqinin aşağı düşdüyünü və nisbi qida çatışmazlığına görə ağrılar yarandığını bildirib.



Amma aclıq edən gənclər tibbi yardımdan imtina ediblər. Onlardan biri Turan Əliyevin mədəsində bir gün əvvəl də ağrılar olub və tibbi yardım çağrılıb.



Dekabrın 31-də ombudsman Elmira Süleymanova və müxalifət partiya rəhbərləri onları aclığı dayandırmağa çağırıblar. Ancaq gəncər Namiq Feyziyev və Turan Əliyev ali məktəbə bərpa olunmayana kimi aksiyanı dayandırmaq niyyətində deyillər. Hər iki gənc ali məktəbdən qovulmalarının səbəbini siyasi baxışlarıyla izah etsələr də, Təhsil naziri Misir Mərdanov bunu onların dərsə gəlməmələri və imtahan kəsirlərinin olması ilə əlaqələndirir.



Gənclər məhkəməyə müraciət etməyə də hazırlaşırlar.



Aclıq edən dörd gənc Namiq Feyziyev, Turan Əliyev, Elnur Məmmədov və «Məqam» Gənclər Hərəkatının koordinatoru Emin Hüseynovdur.
XS
SM
MD
LG