Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:02

Mədəniyyət Nazirliyi «MacDougall»ı məhkəməyə verməyə hazırlaşır<p align=`left`><br><br>


Səs: Real audio
Yanvarın 1-də Azərbaycanda manatın denominasiyası başlayıb. Milli Bankdan verilən məlumata görə, artıq yeni manatlar həm dövlət, həm də dövriyyəsi böyük olan banklara paylanıb Azərbaycanın Mədəniyyət Nazirliyi (MN) Londonun «MacDougall» auksion saytının müəlliflərini məhkəməyə verməyə hazırlaşır. Nazirliyin Mətbuat Xidmətinin rəhbəri İntiqam Hümbətov deyir ki, buna səbəb saytın rus rəssamı Mixail Larionovun satışa çıxarılan, bəzi mənbələrdə «Duxanda», bəzilərində isə «Meyxanədə» kimi təqdim olunan əsərinin 1964-cü ildə Azərbaycanda saxlanmasına dair məlumat yaymasıdır. Cənab Hümbətov bildirir ki, bir neçə aydır nazirliyin rəsmi müraciətlərini cavabsız qoyan auksion rəhbərliyi yol verilən səhvə görə üzr istəmək istəmir. Ona görə də Azərbaycan tərəfi məsələnin hüquqi müstəvidə araşdırılmasına tərəfdardır. İntiqam Hümbətov bildirir ki, nazirlik «İnterpol»un Azərbaycan bölməsinə müraciət edərək, əsərlə bağlı təkrar araşdırılma aparılmasını istəyib.



«MacDougall» saytı Mixail Larionovun «Duxanda» əsəriylə bağlı məlumatı ötən il dekabrın əvvəllərində yaymışdı. Bildirilirdi ki, əsər 1964-cü ildə Azərbaycanın Dövlət İncəsənət Muzeyində saxlanıb və bunu təsdiqləyən rəsmi sənədlər də var.



MN isə israr edir ki, rus rəssamı Mixayıl Larionovun Azərbaycanda cəmi bir əsəri var. 1919-ci ildə işlənmiş bu əsər «Mənzərə» adlanır və hazırda Dövlət İncəsənət Muzeyində saxlanılır.
XS
SM
MD
LG