Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:22

NATO rəsmisi Ermənistana təzyiq göstərməyə çağırır


Səs: Real audio
Yanvarın 1-də Azərbaycanda manatın denominasiyası başlayıb. Milli Bankdan verilən məlumata görə, artıq yeni manatlar həm dövlət, həm də dövriyyəsi böyük olan banklara paylanıb «AzərTAc» xəbər verir ki, türkiyəli deputat, NATO Parlament Assambleyası (PA) sədrinin müavini Vahid Ərdəm Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi üçün NATO-nun üzvü olan dövlətləri bir milyon insanı yurd-yuvasından didərgin salmış Ermənistana təzyiq göstərməyə çağırıb.



Vahid Ərdəm bildirib ki, Ermənistan Türkiyə ilə münasibətlərini qaydaya salmaq istəyirsə, ilk növbədə, beynəlxalq hüquqa riayət edərək, öz Konstitusiyasında Şərqi Anadolunun erməni ərazisi olduğunu göstərən maddələrdə dəyişiklik etməli və Qars müqaviləsini tanımalıdır.



Tükiyənin Qafqaz məsələləri üzrə eksperti Davud Şahinər isə Ermənistanı «çirkin oyunlar oynamaqda» ittiham edib. Onun sözlərinə görə, «Ermənistan beynəlxalq sərhədləri tanımadığnı nümayiş etdirərək, Türkiyə, Gürcüstan və Azərbaycanı təhdid edir. Ermənilər qonşu əraziləri zəbt edir və sonra da bir əsr əvvəl baş vermiş hadisələri saxtalaşdıraraq, Türkiyəni ittiham edirlər. Onları kim dəstəkləyir? Fransız siyasətçiləri, anti-türk əhval-ruhiyyəli alman deputatlar və pulla alınmış amerikalı konqresmenlər». Ekspert təəssüflə vurğulayıb ki, bu gün onların heç biri Ermənistanın Azərbaycana təcavüzündən danışmır.



Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan isə onun ölkəsinin Ermənistanla problemlərin həlli istiqamətində mühüm tədbirlər gördüyünü, arxivləri erməni tədqiqatçıları üçün açdığını, lakin qarşı tərəfin nəinki heç bir müsbət addım atmadığını, hətta Yerevanın arxiv və kitabxanalarında araşdırmalar aparan türk akademikini həbs etdiyini bildirib.



Baş nazir daha sonra deyib: «Biz öz konstruktiv mövqeyimizə adekvat cavab gözləyirik. İqtidara gəldikdən az sonra biz hava məkanımızı Ermənistana açdıq. Yerevan-İstanbul uçuşları bizim zamanımızda gerçəkləşdi. İkinci müsbət addım Van gölü ətrafındakı Axtamar kilsəsinin bərpası oldu. Bu kilsənin bərpası proqramı İstanbuldakı erməni patriarxının seçdiyi memarlar tərəfindən hazırlandı. Erməni tarixçiləri bizim arxivlərdən istifadə edə bilərlər. Onlar əmin olacaqlar ki, o zaman erməni icmasının digər yerlərə köçməsini soyqırım adlandırmaq çox böyük bir səhvdir. Biz şübhə etmirik ki, bu səhv aradan qaldırılacaq».
XS
SM
MD
LG