Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 20:17

Dünya azərbaycanlıları həmrəydilərmi?


Səs: Real audio
Yanvarın 1-də Azərbaycanda manatın denominasiyası başlayıb. Milli Bankdan verilən məlumata görə, artıq yeni manatlar həm dövlət, həm də dövriyyəsi böyük olan banklara paylanıb Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi günü idi. Həmrəylik günü bayram kimi 1991-ci ildən qeyd edilir. Bununla bağlı hər il müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar tədbirlər keçirirlər.



- İlk qonağımız Almaniyadan Ələsgər Siyabovdur. O, 2002-ci ildən Almaniyada siyasi mühacir kimi yaşayır və Almaniyanın Şimali-Reyn-Vestfaliya vilayətində "Birlik" cəmiyyətinə rəhbərlik edir.



Ələsgər Siyabov hesab edir ki, ötən illər ərzində dünya azərbaycanlıları həqiqi mənada Azərbaycan üçün vacib məsələlərdə həmrəy ola bilməyiblər.



İsveçdən Manaf Səbabi isə deyir ki, dünya azərbaycanlıları bütün mənalarda tam həmrəy ola bilməsələr də, xaricdə yaşayan azərbaycanlılar üçün Həmrəylik gününün qeyd edilməsinin böyük əhəmiyyəti var.



Manaf Səbabi İran azərbaycanlılarındandır. O, İsveç-Azərbaycan Federasiyasının keçmiş rəhbəridir, hazırda isə İsveçdəki bir neçə diaspora cəmiyyətini təmsil edir.



Həmrəylik günü ilə bağlı tədbirlərdən biri dekabrın 28-də Almaniyanın paytaxtı Berlində keçirilib. Berlindəki bir neçə Azərbaycan cəmiyyəti bir yerə toplaşıb Həmrəylik günü ilə bağlı ədəbi-bədii gecə keçiriblər.



Tədbir gedərkən biz Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşı Rizvan Nəbiyevlə əlaqə saxladıq və o, "Qlobus"a tədbir barədə danışdı.



- "Qlobus"un növbəti qonağı Ankaradakı Azərbaycan Kültür Dərnəyinin nümayəndəsi Oqtay Ərundur. O deyir ki, bu dərnək 1949-cu ildə yaranıb, yaradıcısı isə Azərbaycan Demokratik Respublikasının banisi Məmməd Əmin Rəsulzadə olub.



Oqtay Ərun "Qlobus"a dərnəyin gördüyü işlər barədə danışdı və Türkiyədəki Azərbaycan diasporasının təşkilatlanması ilə bağlı fikirlərini söylədi.



- Axırıncı qonağımız isə Hamburq Universitetinin Türkologiya fakültəsində Azərbaycan dilini tədris edən tələbə Nailə Nəsirovadır. O, 2001-ci ildən Almaniyadadır və Hamburq Universitetinin Türkologiya və siyasət elmləri fakültəsində magistratura pilləsi üzrə təhsil alır.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG