Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 06:48
Rubrikalar

Ötən həftəsindən Bakı Dövlət Kukla Teatrının direktoru Rəhman Quliyev danışır


Səs: Real audio
«Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç vaxt olmayacaq da» Ötən həftənin yadda qalan məqamı odur ki, biz Yeni il şənliyinə hazırlaşırdıq. Dekabrın 28-dən gündə dörd növbədən ibarət Yeni il şənlikləri başladı. Bu, məsuliyyətli bir işdir. Burada həm uşaqlar, həm də valideynlər qarşısında məsuliyyət daşıyırsan. Bundan savayı, uşaqları gərək razı salasan...



Bizim İrana səfərimiz gözlənilir. Ötən həftə bütün sənədləri İran səfirliyinə vermişik. Və inşallah, 11-12 nəfərdən ibarət yaradıcı kollektivimiz yanvarın 13-dən İran İslam Respublikasına getməlidir. "Fəcr" deyilən beynəlxalq bir festival var. Orada bütün kollektivlər olacaq, Azərbaycandan da bizim kukla teatrını dəvət ediblər. Biz ora Nicat Kazımovun "Ələddin" tamaşası ilə gedəcəyik.



Uşaqların üzlərində olan təbəssüm, sevinc hissi bizi sevindirir. Mən istərdim ki, Yeni ildə – şüar kimi olmasın – bizim bu uşaqlarımız öz torpaqlarına qayıtsınlar.
XS
SM
MD
LG